Opel bu yolda öncüdür: Artıq siz gələcək WLTP (Dünya-miqyaslı Harmonizə Yüngül Avtomobil Test Proseduru) sürüş dövrəsinə əsaslanan yanacaq sərfiyatı haqqında məlumat əldə edə bilərsiniz. 2017-ci ilin payızından isə WLTP sürüş dövrəsi hüquqi öhdəlik olacaq, hazırkı məcburi NEDC (Yeni Avropa Sürüş Dövrəsi) standartından fərqli olaraq o müasir sürüş hərəkətlərini daha çox əks etdirir. Buna görə də, biz müştərilərin nəqliyyat vasitələrinin gündəlik istehlak hesablamasını asanlaşdırırıq. Ölçdüyümüz ilk avtomobil Astradır, digər modellər isə bu il sınaqdan keçiriləcək.

DAHA ÇOX ŞƏFFAFLIQ: ƏSL HƏYATA DAHA YAXIN

* (EC) No 715/2007 və (EC) No 692/2008 Nizamnaməsinə Əsasən (hazırda qüvvədə olan versiyada.). Göstəricilər xüsusi bir nəqliyyat vasitəsinə əsaslanmır və xüsusi bir təklifin bir hissəsi deyil, amma müxtəlif tipli nəqliyyat vasitələrini aydın müqayisə edir.


** Daha az dəyərlər, müvafiq mühərrik və ötürücü kombinasiyalı ən qənaətcil avtomobilin yanacaq sərfiyatından istifadə etməklə WLTP dövrəsinin dörd mərhələsində götürülmüş ən aşağı ölçüləri təmsil edir. Daha yüksək dəyərlər isə, ən yanacaq-yönümlü təchizata sahib avtomobilin müvafiq yanacaq sərfiyyatından götürülmüş WLTP sürüş dövrəsinin dörd mərhələsinin ən yüksək ölçülərini təmsil edir.

Daha ətraflı

Əvvəlki
  • Sizə yararı nədir: Daha realist istehlak göstəriciləri.

    Yeni WLTP sürüş dövrəsi hazırkı NEDC standartına nisbətən, gündəlik həyata daha yaxın vəziyyətləri nəzərdə tutur. Bu, gündəlik istehlakı daha yaxşı dəyərləndirmə imkanı verir.

Sonrakı
Əvvəlki
  • WLTP SÜRÜŞ DÖVRƏSİ NƏDİR?

    WLTP sürüş dövrəsi dünyadakı mühərrikli nəqliyyat vasitələrinin gündəlik sürüş profilinə əsaslanan bir neçə fazadan ibarətdir.

Sonrakı
Əvvəlki
  • YANACAQ QƏNAƏTİ ASANLAŞDI

    'Nəqliyyat vasitəsinin dizaynı və hava şəraiti kimi amillər sizin nəzarətiniz xaricində olan yollarla yanacaq istehlakına təsir göstərə bilər. Amma bilirdinizmi ki, yanacaq istehlakınızın 1/3-nə qədərinə təsir edə bilərsiniz?

  • Fənd 1:

    Yanacağa qənaət üçün çəkiyə qənaət et!

    Avtomobilə yalnız zəruri olanları yerləşdir, çünki hər bir əlavə qram əlavə yanacaq sərfidir. Çəkini azaltmaq üçün: Lazım olmadığı zaman tavan yüklüyü və arxa daşıyıcını çıxar.

    Fənd 2:

    Vaxtı və yanacağı itirmə!

    Müasir mühərriklərin isinmə ehtiyacı yoxdur - bu hədsiz dərəcədə yanacaq sərf edir. Ən yaxşısı avtomobilinə otur, mühərriki işə sal və sür!

  • Fənd 3:

    Ötürücü qutunu işə sal!

    Yanacağa qənaətin sadə qaydası dəyişkəndir: 3-cü də 30 km/saat, 4-cü və davamında 40 km/saat. Yaşıl işıq yananda, uzun dayanmadan sonra 2-ci sürətə keçirməyi unutma və daha çox qənaət et!

    Fənd 4:

    Elektrikə qənaət et!

    Xoş əlavələr adətən çox elektrik enerjisi sərf edir. Bu səbəblə kondisioner, oturacaq qızdırıcısı və digər elektrik ötürücülü avadanlıqlardan diqqətli istifadə et. Kölgədə parketmə, istidə avtomobil pəncərələrini açma kimi kiçik nüanslar faydalıdır.

  • Fənd 5:

    Axınla ayaqlaş!

    Tez-tez əyləcləmə və sürətləndirmə yanacaq sərfiyyatını çox artırır. Gərəksiz dayanma və sürmənin qarşısını almaq üçün qarşıdakı yol hərəkətinə uyğunlaş.

    Fənd 6:

    Özünü yarışmaqdan saxla.

    Hamı bilir ki, vaxt qızıldır, lakin avtoyolda bu işlə səbir hesablaşır. Sürətli sürüş yanacaq istehlakını qeyri-müvafiq şəkildə artırır və yanacaq çəninizi daha tez boşaldır.

  • Fənd 7 7:

    Avtomobilinə qısa fasilə ver!

    Əgər avtomobili 10 saniyədən daha uzun müddətə saxlasan yanacağa qənaət üçün maşının mühərrikini söndürməyə dəyər. Qeyd edək ki, bir çox Opel avtomobilləri artıq avtomatik başla/dayan mexanizminə sahibdir.

    Fənd 8:

    Təmir və baxışı gecikdirmə!

    Avtomobili müntəzəm olaraq texniki baxışdan keçir: sadəcə yeni hava filtirinə və ya alışqan başlığına ehtiyac olsa belə, yalnız bütün hissələr lazımi şəkildə işləsə sürüş effektiv olar. Həmçinin, zəif şin təzyiqi ilə sürmə - bu fırlanma müqavimətini artırır.

Sonrakı
Əvvəlki
  • Əsas Məqamlar

  • Fənd 1 & 2

  • Fənd 3 & 4

  • Fənd 5 & 6

  • Fənd 7 & 8

Sonrakı

YENİ İSTEHLAK DƏYƏRLƏRİNƏ DAİR SUALLAR.

Nə üçün NEDC dəbdən düşüb?

NEDC (Yeni Avropa Sürüş Dövrəsi) 1992-ci ildə təqdim olundu, o vaxtdan bəri avtomobillər, yollar və sürüş hərəkəti də dəyişdi. NEDC süni laboratoriya testidir və normal istehlakı əks etdirməyə deyil, müxtəlif avtomobillərin eksklüziv müqayisəsinə xidmət edir. Bu o deməkdir ki, əsl istehlak NEDC məlumatından tez-tez fərqlənir. Əsas səbəbə daxildir:

 

• Nəzəri sürüş profili real istifadəçi profillərinə uyğun gəlmir.
• Qeyri-kafi sürət.
• Həddindən artıq dayanma fazaları.
• Avtoyollardakı yüksək sürətlərlə əlaqəli şəkildə işləmir. Bu da təxmini sürəti çox aşağı salır.
• Ötürücü qolu dəyişmə əksər hallarda ötürücü növünə görə təyin olunur, onlar mexaniki ötürücülü bütün avtomobillərdə eynidir.
• Seçimə bağlı avadanlıq nəzərdə tutulmur.

NEDC nəyi ölçür?

1992-ci ildən bəri NEDC hüquqi baxımdan bütün avtomobillər üçün məcburidir. NEDC hər hansı bir nəzəri sürüş profilinə əsaslanır və iki hissədən ibarətdir: İlk 13 dəqiqədə o, şəhər nəqliyyat hərəkətində sürüşü bir çox dayan və get fazaları ilə simulyasiya edir. İkinci hissə isə maksimum 120 km/saat sürətində şəhər-kənarı səyahəti nəzərdə tutur.

WLTP-nin dörd hissəsi hansılardır?

İstehlak dəyərlərinin daha həqiqətə uyğun təyin olunması üçün WLTP sürüş dövrəsi real sürüş profillərinin qlobal statistik sorğusuna əsaslanır. Bu, əksər hallarda dünyadakı fəaliyyət profilini təmsil edən müxtəlif təxmini sürətlərə malik dörd hissəni əhatə edir: zəif, orta, yüksək və ekstra-yüksək. Hər bir faza gündəlik sürüş vəziyyətlərini əks etdirən müxtəlif sürət, əyləcləmə, dayanma və s. miqdarını və dərəcəsini əhatə edir.

NEDC və WLTP arasında fərq nədən ibarətidr?

1992-ci il NEDC təqdimatıından bəri, avtomobil və fərdi sürüş tərzləri önəmli dərəcədə dəyişib. WLTP test parametrləri real sərfiyatı daha yaxından əks etdirmək üçün yenidən təyin olunub. İndi onlar aşağıdakıları əhatə edir:

 

• Daha uzun dövrə müddəti (20 dəq. qarşı 30 dəq.)
• Daha qısa interval müddəti (25%-ə qarşı 13%)
• Daha uzun məsafələr (11 km-ə qarşı təxminən 23 km)
• Daha yüksək sürət (120 km/saata qarşı 130 km/saat )
• Demək olar ki, 50% daha yüksək orta sürət
• Daha yüksək maksimum sürətləndirmə və daha çox sürət fazaları
• Daha dinamik sürüş vəziyyətlərinə əsaslanan təxminən 20-30% daha yüksək sürüş gücü
• Yanacaq sərfiyyatı testləri üçün daha real sürüş müqaviməti təyini
• Nəqliyyat vasitəsində seçimə bağlı avadanlığın nəzərdə tutulması

 

NEDC dəyərləri yalnız Avropa üçün etibarlı olduğu halda, WLTP dəyərləri bütün dünyaya müvafiqdir.

Close

"Yeni Avropa Sürüş Dövrəsində" (NEDC) göstərilmiş istehlak dəyərləri dəqiq və asan müqayisə edilə biləndir, lakin onlar mükəmməl deyil. 1992-ci ildə NEDC hüquqi öhdəlik qəbul ediliyindən bəri, avtomobillər və fərdi sürüş tərzləri önəmli dərəcədə dəyişib. Yeni şəraiti daha yaxşı əks etdirmək üçün test parametrləri yenidən "Dünya miqyaslı Harmonizə Yüngül Avtomobil Test Proseduru" (WLTP) kimi təyin olundu.

 

Onlar aşağıdakıları nəzərdə tutur:
- Daha real sürüş dinamikası və xarici istilik
- Daha böyük test məsafələri
- Daha yüksək orta və maksimum sürət
- Daha qısa intervallar
- Daha çox əyləcləmə və sürətləndirmə

 

Seçimə bağlı avadanlıqlar da WLTP sürüş dövrəsində təsirli rol oynayır.
2017-ci ilin payızından etibarən yeni sürüş dövrəsi bütün avtomobil istehsalçıları üçün hüquqi öhdəlik olacaqdır.

Close

Hazırkı NEDC nəzəri sürüş profilinə əsasən "şəhər, şəhər-kənarı və birgə" istehlak dəyərlərini təyin etdiyi halda, WLTP qlobal statistik sorğuya əsaslanan "real" sürüş profillərindən istifadə edir. WLTP sürüş dövrəsi müxtəlif təxmini sürətlərlə dörd hissəyə bölünür: zəif, orta, yüksək və ekstra yüksək. Hər bir hissə, gündəlik sürüş profillərini təmsil edən sürüş fazaları, intervallar, sürətlənmə və əyləcləmə və s. müxtəlifliyindən ibarətdir. Hər bir mühərrik/ötürücü kombinasiyası ən qənaətcil və eyni zamanda ən yanacaq-yönümlü avadanlığa sahib avtomobillə test edilir.

 

Astra ilə başlayaraq, Opel hər bir modeli test edəcək. Dərc edilmiş dəyərlər hər bir mühərrik/ötürücü kombinasiyası üçün nəzərdə tutlmuş ən zəif istehlak səviyyəsindən ən yüksəyinə qədər olan silsiləni təyin edir. Bu hər bir modelin gözlənilən gündəlik istehlakını yaxşı göstərici ilə təmin edir.

 

Lütfən nəzərdə saxlayın: WLTP əsaslı dəyərlər, test stendində standartlaşmış, əvvəldən təyin edilmiş sürüş dövrəsindən istifadə etməklə təyin olunur.

Close

Avtomobilin gündəlik yanacaq sərfiyatı fərdi istifadə profilindən və onun harada sürüldüyündən çox asılıdır: şəhər nəqliyyatı, kənd yolları, yoxsa avtoyollardamı. Bu müxtəlifliklər WLTP sürüş dövrəsi tərəfindən daha yaxşı hesablanıb. Yalnız daha nəzəri sürüş profilinə əsaslanan "şəhər, şəhər-kənarı və birgə" (EC) No. 715/2007 və 692/2008 Nizamnamələrində nəzərdə tutulduğu kimi) dəyərləri hesablamaq yerinə, WLTP statistik sorğuya və istifadəçi profili təhlillərinə, eləcə də orta sürətə əsaslanan öncədən təyin olunmuş müxtəlif səyahət profilləri üçün dörd fərdi dəyər təmin edir (zəif, orta, yüksək, və ekstra yüksək). Bundan əlavə, WLTP sürüş dövrəsi NEDC ilə müqayisədə daha dinamikdir və daha yüksək sürətlənmə, orta sürət və maksiumum sürəti əks etdirir.

 

Opel Astra üçün 2016-cı ilin iyun ayından tətbiq olunan dəyərlər haqqında Opel aşağıdakı kimi izah oluna bilən silsilə göstərir: Daha zəif dəyər WLTP-nin dörd fazasından ən zəif olanıdır, bu ən zəif istehlak dəyərli xüsusi mühərrik/ötürücü kombinasiyalı Opel Astra versiyası ilə sınaqdan keçirilib. Daha yüksək dəyər isə WLTP-nin dörd fazasından ən yüksək olanıdır, bu ən yüksək istehlak dəyərli müvafiq mühərrik/ötürücü kombinasiyalı Opel Astra versiyası ilə sınaqdan keçirilib. Əldə edilmiş dəyərlər yaxşı görünüş və gözlənilən gündəlik istehlaka dair faydalı göstərici təmin edir.

 

Lütfən nəzərə alın ki, WLTP sürüş dövrəsinə əsaslanan dəyərlər, test stendində standartlaşmış, əvvəldən təyin edilmiş sürüş dövrəsindən istifadə etməklə təyin olunur.

Close

WLTP sürüş dövrəsi ("Dünya miqyaslı Yüngül Avtomobil Test Proseduru") NEDC-dəki ("Yeni Avropa Sürüş Dövrəsi") əsas qüsurları əhatə edir. NECD (EC) No. 715/2007 və 692/2008 Nizamnamələrində qeyd olunmuş cari ölçü metodudur, ona əsaslanan yanacaq sərfiyyatı və emissiya dəyərləri hüquqi baxımdan hələ də tələb olunur. Xüsusilə də, yeni sürüş dövrəsinin sürüş profili gündəlik fəaliyyətə daha yaxşı cavab verir və bu sadəcə xüsusi bir təchizat səviyyəsi üçün deyil, əlavə, seçimə bağlı avadanlıq təsiri üçün də nəzərdə tutulur.

 

Avtomobilin gündəlik yanacaq istehlakı fərdi istifadə profilindən və onun harada sürüldüyündən çox asılıdır: şəhər nəqliyyatı, kənd yolları, yoxsa avtoyollardamı. Bu müxtəlifliklər WLTP sürüş dövrəsi tərəfindən daha yaxşı hesablanıb. Yalnız daha nəzəri sürüş profilinə əsaslanan "şəhər, şəhər-kənarı və birgə" ((EC) No. 715/2007 və 692/2008 Nizamnamələrində nəzərdə tutulduğu kimi) dəyərləri hesablamaq yerinə, WLTP statistik sorğuya və istifadəçi profili təhlillərinə, eləcə də orta sürətə əsaslanan öncədən təyin olunmuş müxtəlif səyahət profilləri üçün dörd fərdi dəyər təmin edir (zəif, orta, yüksək, və ekstra yüksək). Bundan əlavə, WLTP sürüş dövrəsi NEDC ilə müqayisədə daha dinamikdir və daha yüksək sürətlənmə, orta sürət və maksiumum sürəti əks etdirir.

 

Opel Astra üçün 2016-cı ilin iyun ayından tətbiq olunan dəyərlər haqqında Opel aşağıdakı kimi izah oluna bilən silsilə göstərir: Daha zəif dəyər WLTP-nin dörd fazasından ən zəif olanıdır, bu ən zəif istehlak dəyərli xüsusi mühərrik/ötürücü kombinasiyalı Opel Astra versiyası ilə sınaqdan keçirilib. Daha yüksək dəyər isə WLTP-nin dörd fazasından ən yüksək olanıdır, bu ən yüksək istehlak dəyərli müvafiq mühərrik/ötürücü kombinasiyalı Opel Astra versiyası ilə sınaqdan keçirilib. Əldə edilmiş dəyərlər yaxşı ümumi görünüş və gözlənilən gündəlik istehlaka dair faydalı göstərici təmin edir.

 

Lütfən nəzərə alın ki, WLTP sürüş dövrəsinə əsaslanan dəyərlər, test stendində standartlaşmış, əvvəldən təyin edilmiş sürüş dövrəsindən istifadə etməklə təyin olunur.