MƏXFILIK VƏ HÜQUQ. MƏXFILIK VƏ HÜQUQ.

Bu vebsayt ("Sayt") Adam Opel AG tərəfindən hazırlanıb, Opelin adından Avropada bu brendi yayan şirkətin mənafeyindən çıxış edən şirkət Almaniya Qanunlarına müvafiq olaraq qeydiyyatdan keçib və hüquqi ünvanı Almaniya, Rüsselşeym şəhəri, Friedrich-Lutzmann-Ring küç, 65423. Bu saytın şərt və müddəaları naminə Opel General Motors Acceptance Corporation və əlaqəli şirkətləri daxil edir.

 

MÜHÜM HUQÜQİ QEYD: Zəhmət olmasa, bu Saytdan istifadə etməmişdən öncə şərt və müddəalarla tanış olun, çünki bu sizin üçün mühüm ola bilər. Bu saytdan istifadə Opeldə qeydiyyatdan keçib-keçməməyinizdən asılı olmayaraq sizin şərt və müddəalarla tanış olduğunuz və onları qəbul etdiyiniz anlamına gəlir. 

Mümkünlük

Opel saytın bütün istifdəçilər üçün mümkün olmasını nəzərdə tutur. 

Qeydlər

Buradan qeyd edilən məlumat mümkün qədər müfəssəl və real olmalıdır. Lakin, biz istədiyimiz zaman, əvvəlcədən xəbərdarlıq olmadan qiymət, rəng, material, avadanlıq, təfsilat, model və mümkünlüklə bağlı hər hansı dəyişikliklər etmək hüququna malikik.

Burada qeyd edilmiş bəzi keçidlər müstəqil saytlara keçə bilər. Digər saytlarda qeyd edilmiş məlumat üçün məsuliyyət tam onların sahiblərinə aiddir. Opel və onun reklam agentləri digər müstəqil saytların məzmunu üçün heç bir məsuliyyət daşımır və bu keçidləri sadəcə öz müştərilərinin rahatlığı üçün daxil edir.

Opel WWW Sayt Şərt və Müddəalar

 

1. İntellektual Mülkiyyət

Sayt çərçivəsində qeyd edilmiş bütün materiallar Opelin intellektual mülkiyyətidir. Creative Commons lisenziyası çərçivəsində təklif olunan mövzular aydın şəkildə müəyyənləşdiriləcək və bu xüsusi lisenziya tərəfindən müəyyənləşdirilən mövzularda istifadə olunacaq. Bütün digər materiallar Internet vasitəsilə izlənmək hüququ çıxmaq şərtilə, sürəti çıxarıla və ya yenidən qeyd edilə bilməz. Lakin siz aşağıdakı qaydada tam səhifələri şəxsi istifadəniz üçün çap edə bilərsiniz:

 

(a) Saytda göstərilmiş sənəd və qrafikalar hər halda dəyişməzdir;
(b) Saytda olan qrafika müvafiq mətnsiz qeyd olunmur; və
(c) Opelin müəllif hüquqları və ticarət markaları və ya digər qeydlər bütün kopyalarda təsvir olunur.

 

Yuxarıda göstərilənlərə baxmayaraq, Opel zaman-zaman sizə İş Stolu üçün şəkillər, Qoruyucu Ekran və digər Sayt xidmətlərini yükləməyə imkan verə bilər. Bu cür yükləmələrə bu şərtlər tərəfindən yol verilir.
Şərtlərə zidd qaydada bu Saytın hər hansı materialının istifadəsi qadağandır. Bu Saytdakı materiallar ciddi şəkildə yoxlanılmış və sınaqdan keçirilmişdir. Buna baxmayaraq, Opel hər zamankı kimi istifadədən pncə antivirus proqramını aktiv etməyi məsləhət görür. Opel həmçinin proqram təminatını istifadə etməzdən əvvəl hard diskinizi yeniləməyi məsləhət görür. Siz şəbəkə kompyuterinə hər hansı materail yükləməzədən öncə şəbəkə administrarotu ilə məsləhətləşməlisiniz.

2. Sayta keçid

Əgər siz Sayta keçid etmək istəyirsinizsə, o zaman bunu Opel saytının ana səhifəsindən etməlisiniz. 

3. Xidmət üçün Müraciət

Opelin saytının 24 saat işləməsini bildirdiyinə baxmayaraq, əgər hər hansı bir vaxtda, hər hansı bir səbəbdən sayt açılmazsa, Opel bunun üçün məsuliyyət daşımır. 

 

Sayta keçid texniki və Opeldən asılı olmayan səbəblərdən müvəqqəti olaraq bağlana bilər və bu barədə əvvəlcədən xəbərdarlıq edilməyəcək. 

4. İstifadəçi Materialı və Davranışı

Saytda qeyd edilmiş və Opel şirkətinin məxfilik qanununda göstərilmiş materiallardan fərqli materiallar məxfi sayılmır və şəxsi məlumat daşımır. Opel bu cür materiallar üçün heç bir məsuliyyət daşımır. Opel və onun vəzifəli şəxsləri bu cür materiallarda göstərilmiş şəkil, səs, mətn və digər məlumatları kopyalaya, çap edə, dəyişdirə, yaya bilər.

Siz sayta məlumat yerləşdirmək və ya göndərmək hüququna malik deyilsiniz, çünki bu məlumat:

(a), kimsə üçün təhqiredici, hürküdücü, kobud, nalayiq, qızışdırıcı, pornoqrafik, incidici, irqi bərabərsizlik, diskriminasiya, küfr, qanuna zidd, məxfiliyə zidd kimi qəbul edilə bilər və narahatlığa səbəb ola bilər; və ya
(b) sizin bu məlumatlara lisenziya və ya rəsmi icazəniz yoxdur; və ya
(c) cinayət işi kimi qəbul edilə bilər, dünyanın hər hansı nöqtəsində olan üçüncü şəxslərin hüququnu poza və ya onları təhqir edə bilər; və ya
(d) texniki cəhətdən ziyandır (aşağıdakılar daxil, lakin onlarla məhdudlaşmayan: kompyuter virusları, məntiqi bombalar, ziyanedici komponentlər, zədəli məlumat və ya digər ziyan verici proqram təminatı).

 

Siz saytdan düzgün istifadə etməlisiniz (zorla kompyuterə daxil olmamalısınız). Opel bu maddənin 4 bəndinə zidd olan hərəkətlər edən hər bir şəxsi müəyyən etmək üçün müvafiq qanun orqanları ilə əməkdaşlıq edir.

5. Məlumatın dəqiqliyi
Opel bu Saytdakı materialın dəqiq və aktual olması üçün əlindən gələni edəcək. Buna baxmayaraq, avtomobillərlə bağlı məlumatlar yeniləndiryindən sayta yerləşdirilən məlumat əvvəlkindən fərqlənə bilər. Bəzi avadanlıq və əlavə paketlər yalnız müəyyən ölkələrdə və müəyyən qiymətə mümkün ola bilər. Müştəri hər hansı məhsulu sifariş etməzdən əvvəl bu barədə satıcı ilə məsləhətləşməlidir. Opel məhsulların xakteristikasını istədiyi zaman dəyişmə hüququna malikdir.


Saytda göstərilən məlumat realdır və bu məlumatlar heç bir yolla və ya məqsədlə dəyişdirilməmişdir. Beləliklə qanunvericiliyə müvafiq olaraq, Opel sizi bütün ərizə, zəmanət və şərtləri çıxmaq şərtilə sayta tomin edir (həmçinin qanunvericilikdə göstərilən hər hansı şərtlər).

6. Öhdəlik

Opel və nümayəndələri, direktorlar, əməkdaşlar və ya şirkət agentləri hazırki sayt və ya onun istifadəsi (hər hansı məhsusiyyətsiz hər hansı birbaşa, dolayı vəə cərimə xərcləri və itkiləri, əldən çıxan gəlir, mənfəət, qeyri maddi gəlir, məlumatlar, müqavilələr, eləcə də iş fəaliyyətinin bitməsi ilə əlaqəli xərclər də daxil olmaqla), istifadə imkanının yoxluğu və ya hazırki saytın və ya onunla bağlı girə veb saytların istifadə nəticələri və ya onlarla bağlı materiallar, həmçinin sizin kompyuterinizi zədələyən və onun proqram təminatına xələl gətirən viruslarla bağlı xərc və itkilər, tərəfinizdən bu sayt, və ya onunla bağlı digər saytlarda açılmış uçot hesabı, yükləmələrlə bağlı siz və ya digər üçüncü şəxs önündə cavabdeh deyil. Buna baxmayaraq hazırki şərtlər Opelin aşağıda göztərilənlərə qarşı məsuliyyətini istisna etmir:

(a) Opel şirkətinin səhlənkarlığı nəticəsində alınan zədə və ya ölüm hadisəsi;

(b) Dələduzluq və ya dələduzluq məqsədləri barədə yalnış təsəvvür;

(c) Qəbul edilmiş qanun çərçivəsində istisna olunmayan və ya məhdudlaşmayan hər hansı məsuliyyət.

7. Tətbiq edilən qanunvericilik və yurisdiksiya
Hazırki saytın istifadə ilə yarana bilən hər hansı disput şirkətin qeydiyyatdan keçdiyi ölkənin qanunlarına əsasən məhkəmə yolu ilə həll ediləcək.

Şəxsi məlumatın toxunulmazlığı

1. Məlumatın qorunması
Opel bu sayta daxil olan hər kəsin şəxsi həyatının toxunulmazılığına hörmətlə yanaşır. Hazırki siyasət Opelin sizdən hansı məlumatı tələb etdiyi və onun necə istifadə oluna biləcəyi barədədir. Zəhmət olmasa, aşağıda göstərilən məlumatla diqqətlə tanış olun və bizim sizin şəxsi məlumatınıza olan münasibətimizi anlayın.

2. Məlumatın qorunması

Biz Sizin haqqınızda aşağıdakı məlumatı toplaya və düzəldə bilərik:

  • Bizim saytımızda müvafiq formaları doldurmaqla təyin etdiyiniz məlumat. Buraya saytımızda qeydiyyatdan keçərkən, xidmətlərimiz, çap materialları və ya əlavə xidmətlərə abunə olarkən təqdim etdiyiniz məlumat daxildir. Biz həmçinin bu sayt barədə narazılıqlarınızı ifadə edərkən sizdən müəyyən məlumat tələb edə bilərik.
  • Əgər siz bizimlə əlaqə saxlanız, biz yazışmamız barədə məlumatı yaddaşda saxlaya bilərik.
  • Biz həmçinin sizdən müəyyən məqsədlərlə apardığımız tədqiqatlar üçün hazırladığımız anket suallarına cavab verməyiniz xahiş edə bilərik.

3. IP-ünvanlar və "Cookie"-fayllar

Bəzi hallarda biz Fərdi məlumatlara aid olmayan məlumat tələb edə bilərik. Məsələn buraya sizin İP ünvanınız, İnternet brauzerinizin növü, istifadə etdiyiniz əməliyyat sistemi və ya bu sayta və ya reklam elanına keçid aldığınız domen veb saytın adı daxildir. Bu istifadəçilərimizin saytımıza necə baxmaq istədiklərini müəyyən etmək üçün statistik prosedurdur. Bu məlumatlar fərdi məlumatlara aid edilmir.
Bizim saytımıza baxarkən biz sizin kompyuterinizə bəzi məlumatları yaza bilərik. Bu məlumat "Cookie"-fayl kimi yazıla bilər və bu bizə sizin üçün yararlı olmağa yardım edəcək. Məsələn Cookie-fayllar bizə sizin maraq və tələblərinizə daha çox cavab verən veb saytlar və reklam elanları yaratmağa yardım edəcək. Bir çox İnternet brauzerlər sizə Cookie-faylları öz hard diskinizdən silməyə, onları bloklaşdırmaq və ya Cookie fayllar yazılmazdan öncə xəbərdarlıq almağa imkan verir.

4. Şəxsi məlumat və ondan istifadə qaydaları

Opel sizdən öz təşəbbüsünüzlə bunu etmədiyiniz halda, şəxsiyyətiniz təyin edə biləcək heç bir şəxsi məlumat (“Fərdi Məlumat”) tələb etməyəcək (məsələn, adınız, telefon nömrəniz və ya elektron poçt ünvanınız). Əgər siz şəxsi məlumatınızın toplanmasını istəmirsinizsə, zəhmət olmasa bu cür məlumat təqdim etməyin.


Əgər siz artıq şəxsi məlumat vermisinizsə və müvafiq yazıları silmək istəyirsinizsə, zəhmət olmasa bizim elektron poçt ünvanımıza məktub yazın və ya hazırki siyasətin sonunda qeyd edilmiş telefon nömrələrilə əlaqə saxlayın. Biz sizə aid məlumatın məlumat bazamızdan silinməsi üçün müvafiq tədbirləri görəcəyik.


Biz sizə aid məlumatı heç zaman satlayacayıq. Sizə aid məlumat yalnız Opel, törəmə şirkətlər və asossiasiya olunan şirkətilər, Opel şirkətinin maraqlarını təmsil edən pərakəndə satıcılar və şirkətlər (“seçilmiş üçüncü şəxslər”).


Biz sizə aid məlumatdan sizi yeni məmulatlarımız, cari məhsullar, xidmətlər və marketinq tədiqatları, xüsusi təkliflər, eləcə də məhsullarımızın qiymətləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə etmək istərdik. Biz və ya seçilmiş üçüncü şəxslər sizinlə bu barədə əlaqə saxlaya bilər (poçt və ya telefon vasitəsilə).


Əgər siz bizim müştərimizsinizsə, biz və ya seçilmiş üçüncü şəxslər Adam Opel AG şirkətinin məhsulları ilə bağlı məlumatı paylaşmaq üçün poçt və ya sms vasitəsilə əlaqə saxlayacağıq.


əgər siz bizim müştəri deyilsinizsə, biz və ya seçilmiş üçüncü şəxslər sizinlə yalnız razılığınız olarsa sms və y apoçt vasitəsilə əlaqə saxlayacaqlar.


Sizin şəxsi məlumatınızdan marketinq məqsədləri üçün istifadə edilməməyi xahiş etmək hüququnuz var. Biz sizin şəxsi məlumatdan bu məqsədlər üçün istifadə etmək və digər üçüncü tərəflərə ötürmək istəyimiz barədə sizi qabaqcadan (sizin barədə məlumatı toplamamışdan öncə) xəbərdar edəcəyik. Siz öz hüququnuzdan istifadə edərək, bizim sizin barədə məlumat toplamaq üçün istifadə etdiyimiz formada müvafiq qeydlər edərək öz məlumatınızın dəyişdirilməsindən imtina edə bilərsiniz. Siz həmçinin başqa bir vaxtda da bizimlə Əlaqələr bölməsində qeyd edilmiş telefon nömrələri ilə əlaqə yaradaraq bu hüququnuzdan istifadə edə bilərsiniz.


Vaxaşırı olaraq bizim saytda pərakəndə satıcılarımız, ortaq şəbəkələrimiz, reklam agentləri və törəmə şirkətlərimizin veb saytlarına keçid göstərilə bilər. Əgər siz bu saytlardan hər hansı birinə daxil olmaq istədəniz, zəhmət olmasa nəzərə alın ki, bu saytarda onlara aid və digər qanunlar keçərlidir və onların özlərinə aid məxfilik qanunları var və biz bu qanunlara görə məsiuliyyət daşımırıq. Zəhmət olmasa, bu saytlara hər hanıs məlumat göndərməmişdən öncə onun qanunları ilə tanış olun və onlarla razılaşdığınızdan əmin olun.

Biz aşağıdakı hallarda sizə aid məlumatı seçilmiş üçüncü şəxslərə göndərə bilərik:

  • Əgər biz hər hansı aktivi alir və ya satırıqsa, o zaman sizə aid məlumatı potensial alıcı vı ya satıcıya göndərə bilərik.
  • Əgər Opel şirkəti və ya korporativ aktivlərin dəyərli hissəsi üçüncü tərəf tərəfindən alınırsa, müştərilərin şəxsi məlumatı aktivlərin bir hissəsi kimi alıcıya ötürülür.
  • Biz öz hüquq öhdəliklərimiz çərçivəsində və ya şərtlərimiz və xidmıtlərimizdən istifadə və ya digər maddələrimiz, və ya hüquqlarımız, mülkiyyətimiz və Opel, müştərilərimiz və ya digər şəxslərin təhlükəsizliyinin qorunması məqsədilə məcburən sizin şəxsi məlumatınızı açmış ola bilərik. Buraya həmçinin dələduzluqla mübarizə və kredit kartları ilə əməliyyatlar zamanı risklərin azaldırlması üçün digər şirkətlər və təşkilatlarla mılumat mübadiləsi də daxildir.

5. Sizin şəxsi məlumatınızın saxlanması

Sizin barənizdə toplanan məlumat Avropa İqtisadi Zonasına (AİZ) ötürülür və orada saxlanılır. Onlar həmçinin AİZ xaricində biz və bizim təchizatçılarımızdan biri üçün işləyən əməkdaşlar tərəfindən də dəyişdirilə bilər. Öz şəxsi məlumatınızın təqdim edilməsi yolu ilə siz bu cür mübadiləyə, saxlanma və dəyişdirilməyə razılığınız bildirirsiniz. Biz sizin məlumatınızın təhlükəsiz şəkildə və hazırki məxfilik siyasətinə əsasən dəyişdirilməsi üçün müvafiq addımlar atacağıq.


Tərəfnizdən təqdim olunan bütün məlumatlar bizim təhlükəsiz serverlərimizdə saxlanılacaq. Bizim sizə müəyyən keçid imkanlarınız üçün şifrə təqdim edəcəyimiz hallarda, siz bu şifrənin məxfiliyi üçün məsuliyyət daşıyacaqsınız. Biz bu şifrəni heç kimlə paylaşmamağı xahiş edirik.


Təəssüf ki, İnternet vasitəsilə aparılan məlumat mübadiləsi təhlükəsiz deyil. Halbu ki, biz sizin şəxsi məlumatınızı qorumaq üçün əlimizdən gələni edirik, lakin biz bütün bu məlumatların tam məxfi qalacağı barədə zəmanət verə bilmərik. Sizin məlumatı əldə edən kimi, biz ciddi tədbirlər görməyə başlayacağıq ki, mümkün qeyri qanuni keçidin və sizin məlumatdan qanunsuz istifadənin qarşısını ala bilək.

6. Məlumata keçir

Əgər siz Opelə hər hansı məlumat təqdim etmiş və onun selinməsi və ya dəyişdirilməsini istəyirsinizsə, o zaman yerli Opel satış nöqtələrinə müraciət edə bilərsiniz (ünvanlar üçün müvafiq veb saytlar siyahısına baxın). Əgər siz istəsəniz bu cür məlumatı Adam Opel AG şirkətinin fərdi kordinatoruna göndərə bilərsiniz (E-Mail: datenschutz.AOGmbH@de.opel.com). Biz sizin soröunuza cavab vermək üçün əlimizdən gələni edəcəyik.

7. Fərdi siyasətə edilən dəyişikliklər

Bu siyasətdə edilən bütün gələcək dəyişikliklər bu səhifədə çap olunacaq və siz mütəmadi olaraq səhifəni yeniləməli və dəyişikliklərin mövcudluğunu yoxlamalısınız.

8. Bizimlə əlaqə saxlayın

Əgər sizin hazırki siyasətlə bağlı hər hansı sualınız, xahişiniz vı ya təklifiniz varsa, və ya siz biə hər hansı şəxsi məlumat təqdim etmiş və indi onun silinməsini istəyirsinizsə, o zaman axhiş edirik bizimlə aşağıdakı ünvanla əlaqə saxlayasınız:

Adam Opel AG
Bahnhofsplatz,
65423 Rüsselsheim am Main
Almaniya
mailto:kunden.info.center@de.opel.com
T: (06142) 7-70
F: (06142) 7-7 88 00


Məhkəmə qeydiyyatı: Amtsgericht Darmstadt
Kommersiya qeydiyyatı No: 84283
Ünvan: Rüsselşeym

İdarə Heyəti: David Nicholas Reilly (Sədr), Rita Forst, Reinald Hoben, Mark James, Holger Kimmes, Thomas McMillen, Alain Visser
Rəhbərlər: Walter G. Borst (Sədr)

Sentyabr 2010