Opel | Şirkət Məlumatı - Dəqiq Məlumatlar
Opel | Məkanlar

Məkanlar

Biz Avropanın altı ölkəsində 10 zavod işlədirik.

Məkanlarımız haqqında daha ətraflı öyrənin

OPEL. ƏSAS MƏLUMATLAR.

Opel Avropanın ən geniş avtomobil istehsalçılarından biridir. O, Adam Opel tərəfindən 1862-ci ildə Rüsselsheim Almaniyada yaradılmışdır. Opel və onun Britaniyalı qardaş brendi Vauxhall ildə bir milyondan çox avtomobil satır. 2014-cü ildə bu satışlar onu Avropa İttifaqındakı üçüncü ən böyük minik avtomobilinə çevirdi. Opel hazırda yarandığı tarixdən bu yana özünün ən cəsarətli geniş çeşidli modelini hazırlamaqdadır və 2018-ci ildə o 27 yeni avtomobil və 17 yeni mühərrik təqdim edəcək. Opel avtomobillərə yığcam Mokka SUV, sadə həyat tərzinə uyğun ADAM və üstü açıla bilən eleqant Cascada kimi avtomobil modellərinə yeni hissələr əlavə edib.

 

Baş qərargahı Russelsheimdə yerləşən şirkət altı Avropa ölkəsində 10 zavoda, həmçinin üç təkmilləşdirmə və test mərkəzinə malikdir. Opelm 16,500-dən çoxu Almaniyadan olmaqla ümumilikdə Avropada 34 500 işçi gücünə sahibdir. Opel və Vauxhall 50-dən çox ölkədə təqdim olunur. 2014-cü ildə Opel/Vauxhall bütün dünyada 1095 milyon minik avtomobili və yüngül ticarət maşını satdı.

 

Opel Group GmbH 1 iyul 2014-cü ildən etibarən Adam Opel AG-nin qardaş şirkəti kimi yaradılmışdır. Bu yeni şirkət Opel/Vauxhall ilə yanaşı Avropadakı bütün GM fəaliyyətlərindən məsuldur. Opel Qrupun İdarə Şurası və Sədri Dr. Karl-Tomas Neumann da Russelsheim-dədir. Bu yenidən təşkilatlanma proseduru, Adam Opel AG-nin operativ işinə hər hansı bir təsir göstərmir.