
Zafiranın heyrətamiz elastikliyi barədə daha ətraflı məlumat alın. Opel Zafiranın unikal Flex7® - oturacaq sistemi hər bir ailənin arzuladığı rahatlıq və genişlik deməkdir.

Opel Zafira hər bir oturacaqda yerləşən yük yerləri və ciblərlə təchiz olunmuşdur. Ümumilikdə bu avtomobilin irili xırdalı 30 yük yeri vardır. (təchizatdan asılı olaraq)

Minimal sərflə böyük yük və ya çox sayda insanı asan, tez daşımaq üsulu. Patentləşdirilmiş Flex7® - əsl elastiklik və rahatlğın nümunəsidir. 2-3-2 sistemi ilə siz oturacaqları cəmi 15 saniyə ərzində 2 -dən 7-yə qədər dəyişə bilərsiniz. Buna görə də böyük yüklər və bpyük ailələr üçün ideal seçimdir.
Üçüncü cərgənin bir və ya hər iki oturacağını döşəmə ilə eyni səviyyəyə gətirmək olar. İkinci cərgənin 60:40 qatlanan oturacaqları əlavə yük üçün mükəmməl sahə açır. Bunun üçün sadəcə oturacaqların arxa hissələrini önə qatlamaq lazımdır.

Qatlanan əlavə ön sərnişin oturacağı Opel Zafira salonunda 2.7 m uzunluğa qədər əşyaları asan və rahat yerləşdirməyə imkan verir. qatlanmış vəziyyədə oturacağın səthi hamar və düz səthə malik olur.

FlexOrganizer® modular sistemi müxtəlif arakəsmələr, torlar, qarmaqlar, qutular və yük saxlamaq üçün digər ləvazimatlardan ibarətdir. Sistemin əsasını baqaj hissəsinin divarlarında yerləşən bərkitmələr təşkil edir və bununla da ona yük yerinin konfiqurasiyasını fərdi şəkildə dəyişməyə imkan verir. Bu Sizin əşyalarınızın daşınmasını təhlükəsiz edir. (Essentia növündə yoxdur)
Bu barədə daha ətraflı:
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.
