New Opel Vivaro - Comfort and Functionality

GENİŞ, RAHAT VƏ UYĞUN.

9 rahat oturacağı və müxtəlif yük yerləri ilə Opel Vivaro çoxnəfərlik daşınmalı yeni səviyyəyə çatdırır.

Enlarge

Sürücü Mühiti

Yüksək mövqeli alət panelinə quraşdırılmış ötürücü keçirmə lingi, 4 istiqamətli sükan və məlumat-əyləncə nəzarət panelləri, qol altlığı və bel dəstəyi olan 6 istiqamətdə tənzimlənən oturacaqlar aydın alətlərlə birgə sürücünün maşını idarə etməsini rahatlaşdırır.


Enlarge

Həcmli salon

Geniş açılıb bağlanan baqaj yerləri və optimal yerləşdirilmiş stəkan altılıqları səyahətinizdə sizə lazım olan hər şey üçün yer olduğu anlamına gəlir.


Enlarge

Daha çox oturacaq ya daha çox baqaj yeri?

9 rahat oturacağı və müxtəlif baqaj yerləri ilə Opel Vivaro şatl xidməti, asudə fəaliyyətlər və böyük ailələr üçün idealdır. Standart konfiqurasiyada siz 1.8 m3 qədər yük yükləyə bilərsiniz. Üçüncü oturacaq sırasını aşağı əyməklə, ikinci sıra və ya hər iki oturacağı çıxarmaqla təkər bazasından asılı olaraq daha 6 m3 yer əldə edirisiniz.


Enlarge

Biznes üçün təchiz edilmişdir

Vivaronun iki oturacaqlı pn sərnişin yeri oturacaq altı baqaj yerini artırır. Sürücü yerindən işləməli olan və ya şəxsi rəqəmsal cihazları ilə əlaqədə olmalı olan insanlar üçün real fayda smartfon bərkitmə yerləridir. Onlar rahat məsafədə və alət panelinin üstündədir, tablet altlığı ilə yuxarı alət panelindədir.


Enlarge

Birinci Sinif Məlumat-Əyləncə Sistemi

Siz qabaqcıl məlumat-əyləncə sistemləri arasından seçim edə bilərsiniz. Tək-DIN R16 BT USB və ikili-DIN CD18 BT USB Bluetooth® audio yayım və əlsiz telefon xidmətini təmin edir, USB girişi və xarici USB mobil cihazlarla bağlantı imkanı verir. Rəqəmsal Audio Yayımı (DAB+) da seçim kimi mövcuddur.

 

Navi 50 Qərb və ya Şərqi Avropanın xəritəsi ilə 7” rəngli sensor ekranı təqdim edir. Pulsuz “AHA” proqramı smartfona qoşulduqda sensorlu ekrandan Facebook və ya Twitter kimi sosial media platformalarına və radio kanallarla vebə çıxış imkanı verir. iPhone telefonları üçün Siri səs bağlantısı da mövcuddur. Yüksək səviyyəli Navi 80 IntelliLink 3D quş gözü görünüşü, qabaqcıl səs nəzarəti və Bluetooth® audio yayımı kimi əlavə funksiyalar əlavə edir. Displey eyni zamanda Arxa Görünüş Kamerası kimi fəaliyyət göstərir.


Enlarge

Daha çox Rahatlıq, Daha az Stress.

Opel Vivaro əllə idarə edilən ön və arxa, eləcə də əlavə arxa istilik sistemi ilə sifariş edilə bilər.

 

Arxa Görünüş Kamerası ilə siz hara getdiyinizi görə və əks istiqamətə nəzarət edə bilərsiniz, şəkil naviqasiya sisteminin sensor ekranında dinamik rəhbərliklərlə və ya daxili arxa görünüş güzgüsündə sabit rəhbərliklərlə təsvir edilir.