Opel Vivaro - Accessories

OPEL VİVARO AKSESSUARLARI.

Vivaro Opel-in mükafata layiq görülmüş dizayn fəlsəfəsini seqmentə keçirir. Standart və ya əlavə funksiyalardan başqa burada Vivaro-dan daha çox yararlanmanız üçün geniş çeşiddə aksessuarlar vardır.

 

Geniş çeşidli aksessuarlarla tanış olmaq üçün Opel Vivaro aksessuarlarının onlayn kataloquna baxın və ya yerli Opel dilerindən soruşun.

Enlarge

Rahatlıq və Qayğı

İş maşını və ya ailə maşını olmasından asılı olmayaraq sizin Vivaro-nuz sizə evinizdəki kimi hiss etdirir. Siz döşəmə palazından oturacaq örtüklərinədək hər şeyi istədiyiniz kimi saxlaya bilərsiniz.


Enlarge

Əyləncə-Məlumat Sistemi

Sizə iş, ailə, yol hərəkəti və tıxaclar və ya səyahətlə daima əlaqədə qalmağa kömək edir. Sizin Vivaronuzda olan məhsulları yoxlayın.


Enlarge

Təhlükəsizlik və Mühafizə

Maşını təhlükəsiz idarə edin və Vivaro-nu daha uzun müddət əla görünüşdə saxlamağa kömək edin. Sərnişinləriniz və maşının qayğısına qalın və hazır olun. Biz dayanacaq köməyi və arxa görünüş kamerası, panel mühafizəsi və şüşə təmizləyən seçimlərini və uşaq oturacaqlarının işıqlandırma sistemini təklif edirik.


Enlarge

Üslub

Vivaro həm daxildən, həm də xaricdən gözəldir. Lakin siz də buna fərdi görünüş qata bilərsiniz. Yan pilləkənlər və güzgü qapaqları kimi aksessuarlara baxın.


Enlarge

Daşınma Sistemləri

Vivaronun həcmi böyüdülmüş və optimallaşdırılmışdır. Və Opel daxildən və xaricdən daşıdıqlarınızı təşkil etməyə kömək edir. Daxili örtüklər və rəflərdən tutmuş tavanda baqaj hissəsinə, yedək qarmaqları və qoşqularına qədər daşınmanı rahatlaşdıracaq hər şeyi düşünmüşük. Bizim seçimlərimizə Opel-in original məhsulları, eləcə də ortağımız olan daşınma sistemində lider - Thule şirkətinin məhsulları daxildir.


Enlarge

Təkərlər

Üslubu praktikliklə birləşdirin. Opelin geniş çeşidli qurğuşun və polad təkərləri, eləcə də tam qış təkərləri vardır. Əlavə rahatlıq üçün Thule Qar Zəncirlərimizi seçin.