Əvvəlki
Sonrakı
Əvvəlki
Sonrakı

OPEL MOKKA.

Alman kompakt SUV avtomobili.

Rəvan formaları və kompakt görünüşü gələcəyin avtomobilinin stilini müəyyən edir. Nəfis və mükəmməl Opel Mokka hər bir yerdə rahatlıq deməkdir.

 

Adilikdən kənara çıxmaq istəyirsiniz? O zaman, buyurun, Mokka sizi gözləyir.

  • İnteryer və kuzovun dinamik dizaynı
  • Genişlik üçün uyğunlaşdırıla bilən məkan
  • Rahatlıq və səliqəli tərtibat
  • Təhlükəsizlik və etibarlılığı təmin edən müasir sistemlər
  • Tutarlı şassilər və əlverişli mühərriklər

Enlarge

İstənilən məkana getmək

Öz zərif haşiyə formaları, səlis duruşu və rəvan yuvarlaq cizgiləri ilə Opel Mokka canlandırıcı dəyişiklik vəd edir. İlk baxışdan və cazibədar şəkildə diqqəti özünə cəlb edə bilməsi üçün onun çatışmayan bir xüsusiyyəti yoxdur.


Enlarge

Bəyənilməyə hazır olun

Yığcam xarici ölçülərə yerləşdirilmiş geniş interyer özünəməxsus universallığı ilə birlikdə Opel Mokka avtomobillərini demək olar ki, istənilən həyat tərzi üçün ideal şəkildə uyğun gəlir. Daha geniş məkana ehtiyacınız var? Sadəcə oturacaqları yığın. Daha böyük saxlanc yeri lazımdır? Bütün bunlar hamısı əsaslı surətdə nəzərdə tutulmuş və quraşdırılmışdır.


Enlarge

Ən yüksək keyfiyyət

Həqiqətən də həyatda əsl həzzi duymaq çox nadir hallarda baş verir - lakin Opel Mokka avtomobilinin ən son nəsil məlumat - əyləncə və naviqasiya sistemləri ilə fərdi kamillik sadəcə seçim məsələsi olur. Siz intuisiyalı idarəetmə ilə uzlaşdırılmış valehedici səslənmədən, yüksək səviyyəli rabitə imkanlarından və müstəsna keyfiyyətdən məmnun qalacaqsınız. Ən incə zövqə malik olanlar üçün isə xüsusi olaraq Mokka üçün nəzərdə tutulmuş Bose® audio sistemi mövcuddur.


Enlarge

Təhlükəsizliklə əhatə olunmaq

Nəqliyyat vasitəsinin idarə edilməsində sürücüyə müasir yardım sistemləri, sınanmış passiv təhlükəsizlik təminatı tədbirləri və intellektual texnologiyalar birlikdə Opel Mokka avtomobilinə istənilən vəziyyətdən çıxmaq imkanı verir və harada sürməyinizdən asılı olmayaraq onlar öz yollarında əzmlə dururlar.


Enlarge

Əminlik və nəzarət

Yüksək dəqiqiliyə malik təhlükəsiz idarəetmə, mükəmməl yol saxlama imkanı və refleksiv məqsədəuyğun dartı qüvvəsi - bunlar hamısı Opel Mokka avtomobillərinin fərqləndirici əlamətləridir. Texnoloji innovasiya ilə sınanmış etibarlı rahatlıq, iş qabiliyyəti və konstruksiya tamlığı üçün əla ahəng təşkil edir.


Opel Mokka – Növbəti Addımlar
Növbəti Addımlar

Opel Mokka haqqında daha çox məlumat