Yeni Opel Meriva.

Həyatı yeni Opel Meriva ilə qucaqla. Tamamilə yeni, fantastik elastikliyi, relaksasiya edici rahatlıq və zərif təsirliyi ilə bu avtomobil yalnız sizlər üçün hazırlanıb.

OPEL Meriva.

İzləməyin – İrəliyə doğru gedin.

Opel Meriva genişliyin uyuşqanlıqla görüşdüyü məkandır. Bu, stil ilə praktikliyin vəhdət yaratdığı ailə avtomobilidir.

 

Onu bu qədər fərqli edən amillər:

  • Zərif üslublu, təsirli dizayn
  • Sinfində ən zəngin rahatlıq
  • Hərtərəfli, əminlik bəxş edən təhlükəsizlik sistemləri
  • Son dərəcə səmərəli mühərriklər
  • Təmilləşdirilmiş kommunikasiya imkanları
  • Gündəlik universal praktiklik

Enlarge

Erqonomika sizin istədiyiniz komfortdur

Sizə xidmət edəcək erqonomika. Belinizin sağlamlığını qoruyan FlexDoors® qapılarından, mükəmməl görünüşü təmin edən yüksək oturacaqlardan və ya FlexSpace® - oturacaqların tənzimləmə və velosipedlərin daşınması üçün nəzərdə tutulmuş FlexFix® sistemlərindən düşünün. Almaniyanın AGR (Aktion Gesunder Rücken e.V.) assosiasiyası məhz bunu edərək avtomobilə öz sertifikatını təqdim etmişdir.


Enlarge

Sabahla uyğunlaş

Kommunikasiya imkanları birliklə fərziyyənin fərqini təyin edir. Müasir naviqasiya, USB və Bluetooth® interfeysi vasitəsilə avtomobilə qoşularaq onun bir hissəsi olan smartfon sayəsində Opel Meriva reallıqla etibarlı əlaqə təklif edir.


Enlarge

Təslim olma və tanın

Cəlbedici, lakin praktik, yığcam, lakin geniş – cəlbedici Opel Meriva müasir həyat tərzinə tam uyğundur. Minib-düşmək, ətrafı seyr etmək üçün o çox rahatdır və inanılmaz dərəcədə uyuşqandır. O, dizayn sənətinin zirvəsinin təcəssümüdür.


Enlarge

Özünüzə məkan yaradın

Rahatlığın yeni formasını hiss edin. Opel Meriva həyatınıza daha yüksək komfort səviyyəsi gətirir. Buna toxunuşda xoş təəssürat yaradan materiallar, valehedici rənglər, yüklərin yerləşdirilməsi üçün qeyri-adi imkanlar və ən sadə təchizat səviyyəsində belə yüksək keyfiyyət sayəsində nail olmaq mümkün olub. Ümumi komfort səviyyəsi onsuzda yüksək olduğu halda, opsiya qismində təklif olunan AGR ön erqonomik oturacaqları da sifariş etsəniz, beliniz sizə təşəkkür edəcək.


Enlarge

Hər an təhlükəsiz

Unikal pedal qovşağının ayrılma sistemi (Pedal Release System, PRS), aktiv ön başaltlıqlar, iki mərhələli öncədən dartılan ön təhlükəsizlik kəmərləri və dairəvi təhlükəsizlik yastıqları da daxil olan passiv təhlükəsizlik sistemləri ilə Opel Meriva salonunda olan hər bir sərnişinə yüksək mühafizə vəd edir. Əyləclərin antibloklaşma (ABS), Elektron sabitlik sistemi plyus (ESP®Plus) və Əyləc qüvvəsinin elektron paylanması sistemləri sayəsində yuxarıda sadalanan passiv təhlükəsizlik sistemlərinin nə qədər yaxşı olduqlarını sınamaq şansını minimuma enib.

 

Euro NCAP təşkilatının maksimal 5 ulduz reytinqi Opel Meriva-nın hansı səviyyədə təhlükəsiz olduğunu sizə açıqlayır. Açıqlaya bilmədiyi məqamlar isə qapılar açıq olduqda uşaq üçün nəzərdə tutulmuş təhlükəsizlik zonası və qabaqcıl Adaptiv ön işıqlandırma (Adaptive Forward Lighting, AFL) sistemi kimi həqiqətən də xüsusi və unikal xüsusiyyətlərdir.


Enlarge

Minimum dəyər – maksimum performans

Opel Meriva-nın ölçülərinin kiçilməsi onun gücünün azalması demək deyil. Benzin, dizel və ya maye qaz (LPG) olsun, fərqi yoxdur, - Opel texnologiyası yanacağı ən xırda damlasınadək enerjiyə çevirir. Modeldən asılı olaraq, alıcıya Avro 6 tələblərinə cavab verən mühərriklər, Start/Stop və ecoFlex sistemləri həm mexaniki, həm də ki, 6-pilləli avtomatik transmissiyalarla təklif olunur.


Növbəti Addımlar
Növbəti Addımlar

Opel Meriva haqqında daha çox məlumat