Opel Meriva - Məlumat-əyləncə

ağıllı ƏLAQƏ.

Nə üçün sizin avtomobiliniz smartfonunuz qədər texnoloji olmasın? Opel Meriva asanlıqla və sərbəst şəkildə eyni imkanları təklif etmək iqtidarındadır. Mükəmməl səslənmə, dəqiq qrafika və intuitiv idarəetmə sizin səyahətinizi daha da xoş təəssüratlı edəcək.

Enlarge

IntelliLink

IntelLink texnologiyası vasitəsilə smartfonun funksiyalarının avtomobilə inteqrasiyası Opel Meriva-nın inanılmaz kommunikasiya imkanlarını təmin edir. O, smartfonun bir çox funksiyalarını yeddi düymlük rəngli displeydə əks etdirməklə avtomobilin məlumat-əyləncə sistemində istifadə etmək imkanı yaradır. Asan və rahat idarəetmə sistemin əsas üstünlüklərindən biridir.

 

CD 600 IntelliLink

Yeddi düymlük rəngli displey, yeddi ədəd premium dinamiklərin mükəmməl səslənməsi və Gracenote® və şəkil göstəricisi kimi multimediya funksiyaları ilə tamamlanmış füsünkar dizayndan zövq alın. Digər xüsusiyyətlər aşağıdakılardır:

  • Cüt tüner konsepsiyası
  • Sükan çarxından idarə etmək imkanı
  • Bluetooth® interfeysi vasitəsilə səs tanıyan mobil telefon
  • “Autostore” (6 x 6 yaddaş imkanlı) funksiyalı, tam RDS/EON və müxtəlif antennaları dəstəkləyən  FM/AM diapazonlu radio
  • 4 x 20 Vt @ 4 Om çıxış, 6 səslənmə variantlarının yaddaş funksiyalı DSP prosessor
  • Qrafik ekvalayzer
  • Sürətlə mütənasib səs və bas səviyyəsinin avtomatik tənzimlənməsi
  • Bluetooth®, Aux və ya USB girişi vasitəsilə audio faylların səsləndirilməsi
  • SMS-lərin səsləndirilməsi
  • CD-pleyer
  • Opsional DAB/DAB+/DMB audio

Enlarge

Navi 950 IntelliLink

Sadəcə ünvanı deyin və avtomobil sizi istədiyiniz yerə aparacaq. Təyinat yerinin səs tanıma sistemi vasitəsilə daxil edilməsi avtomobilin idarəetməsini xeyləm asanlaşdırır. Ümumiyyətlə, Navi 950 sisteminin interfeysi öz sadəliyi ilə seçilir. IntelLink texnologiyası vasitəsilə smartfon avtomobilin məlumat-əyləncə sisteminə dərin inteqrasiyası sayəsində “əllər sərbəst” funksiyasından, Bluetooth® vasitəsilə audio faylları oxutmaq və gələn SMS-ləri dinləmək imkanlarından yararlanmaq mümkündür. Navi 950 IntelliLink naviqasiya sistemi Rusiya və Türkiyə daxil olmaqla bütün Avropa ölkələrinin xəritələri ilə təchiz olunur. Navi 650-də olduğu kimi, naviqasiya sisteminin yenilənməsi USB vasitəsilə həyata keçirilə bilər.


Enlarge

Aux-in və USB

Avtomobildə öz sevimli mahnılarınızı dinləmək istəyirsiniz? Problem deyil. Aux-in və USB girişləri mərkəzi konsolda əl altında yerləşdirilib. İstənilən mobil qurğunu məlumat-əyləncə sisteminə asanlıqla qoşub, arzuladığınız mahnılardan zövq ala bilərsiniz.


Enlarge

Daha artıq məlumat-əyləncə və naviqasiya

CD-pleyer, RDS/EON və 3x6 yaddaş funksiyasına malik ən sadə varintından cüt tüner, dinamik səs prosessoru və qrafik ekvalayzerə malik CD 400 Plus-adək Opel Meriva-nın məlumat-əyləncə sistemləri yüksək keyfiyyətli səslənməyə malikdir. Əlavə olaraq rəqəmsal radionun qəbulu üçün DAB, sükan çarxında idarəetmə düymələri və Bluetooth® vasitəsilə mobil telefonun səslə idarə olunması mövcuddur.

 

Navi 650 sistemi ilə Siz səslənmə ilə naviqasiyanın mükəmməl vəhdətini əldə etmiş olursunuz: yüksək keyfiyyətli, təsvir miqyasını daim dəyişən 7-düymlük rəngli displey, daxili yaddaşdan ötürülən naviqasiya məlumatları və 7 ədəd premium dinamik. Beləliklə, Siz hətta yolda olduqda belə, məlumatsız qalmırsınz.


Enlarge

FlexDock®

Avtomobildəki həyatınızı asanlaşdıran tutqac. FlexDock® smartfonunuzu sürücü və ya ön sərnişin üçün rahat vəziyyətdə saxlayır. Həmçinin o, smartfonu məlumat-əyləncə sisteminə qoşur və avtomatik olaraq enerji ilə təmin edir – Opel Meriva-nın mükəmməl görünüşünə xələl gətirə biləcək naqillərsiz.