Opel Meriva - Erqonimika

Erqonomika sizin istədiyinizdir.

AGR (Aktion Gesunder Rücken e.V.) – avtomobil oturacaqları üçün ortopedik tələblər təyin etmiş alman tibb assosiasiyası Opel Meriva-ya AGR-in tələblərinə tam uyğun olduğunu təsdiqləyən sertifikat təqdim etmişdir. Opel Meriva-da portal tipli qapıların sadəliyi və rahatlığı və daxili məkanın təşkilinin asanlığından velosipedlərin bərkidilməsi üçün nəzərdə tutulmuş unikal FlexFix® sisteminədək hər şey sizin rahatlığınız üçün yaradılıb.

Enlarge

FlexDoors® sistemi

Avtomobilə minib-düşmək çox asandlr. Oturacaqların tənzimlənməsi cəmi bir neçə saniyə tələb edir. Opel Meriva-da hər bir səyahət maraqlı olur. Ən azından FlexDoors® qapıları sayəsində.

 

84° açılan qapılar salona daxil olmanı və uşaq oturacağının yerləşdirilməsini asanlaşdırır.

 

Opel Meriva-nın digər üstünlükləri:

  • Arxa oturacaqlar yerləşən yerdə avtomobilin damının hündürlüyü maksimaldır ki, bu da mini-düşməni asanlaşdırır.
  • Arxa oturacaqların 84º bucaq altında açılması sayəsində minmə-düşmə zamanı bədən təbii və erqonomik hərəkətlər edir. Əlavə rahatlıq üçün orta dirəkdə yekə dəstək nəzərdə tutulub.
  • Dar yerlərdə avtomobilə minmə daha asan olur, çünki yarıaçıq qapının ətrafında əyilməyə ehtiyac yaranmır.
  • Qapıların 4 açılma mövqeyi dar yerlərdə vəziyyəti nəzarət altında saxlamağa imkan verir.
  • Mağazalara səyahət və ya çoxsaylı yüklərin daşınması zamanı yüklərin yerləşdirilməsini və boşaldılmasını asanlaşdıran. FlexDoors® sistemi əvəzolunmazdır.
  • Orta dirəkdəki lampa avtomobilin ətrafını işıqlandıraraq sizin təhlükəsizliyinizi daha da artırır.
  • Nəhayət, FlexDoors® sistemi FlexSpace® sistemi ilə işləməni asanlaşdıraraq, avtomobilin daxili məkanını qısa müddət ərzində tənzimləməyə imkan verir.

 

Belə qapılar sürüşən qapılarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Ən nəzərəçarpanı: sürüşən qapılar arxa körpünün enini məhdudlaşdırır ki, bu da son məqamda idarəetmə xüsusiyyətlərinə mənfi təsir göstərir. Digər biri: enişdə və yoxuşda dayandıqda sürüşən qapını açmaq üçün qapının bütün kütləsini yoxuşa qarşı çəkmək lazım gəlir.


Enlarge

FlexSpace® oturma sistemi

Əgər sizin üçün avtomobilin uyuşqanlıq xüsusiyyətləri vacibdirsə, siz FlexSpace® sistemini yüksək dəyərləndirəcəksiniz. Bu nöqteyi nəzərdən Opel Meriva məhz sizin üçün yaradılıb. Əmin olun ki, siz hər zaman avtomobilin daxili məkanını öz planlarınıza uyğun qura bilərsiniz. Bəs planlar dəyişsə? Problem deyil. Siz beş nəfəri və ya iri ölçülü yüklərinizi yerləşdirmək istəyirsiniz? Opel Meriva bunların öhdəsindən asanlıqla gəlməyə qadirdir. Hətta oturacağı yığmağa ehtiyac yaranmayacaq.

 

  • Arxa yan oturacaqlarını geriyə və qırağa çıxararaq 4-nəfərlik variantda daha çox ayaq və çiyinlər üçün yer əldə etmək olar.
  • Bir toxunuşla oturacaqları qatlayaraq baqaj bölməsini böyütmək olar.
  • Başaltlıqları çıxarmağa ehtiyac yoxdur.
  • Yük üçün ərazidi 1500 litrədək artırmaq üçün hər üç oturacağı döşəmə səviyyəsində qatlamaq olar.

Enlarge

Sürücü/ ön sərnişin üçün erqonomik AGR oturacaqlar

Düzgün oturma vəziyyəti bel ağrılarından uzaq olmağın ən yaxşı yoludur. Bu səbəbdən Opel Meriva erqonomika sahəsində qabaqcıl təcrübənin mərkəzi olan Alman AGR sertifikatı ilə təchiz olunmuş sürücü/ ön sərnişin üçün erqonomik oturacaqlar (Sağlam Oturacaqlar Kampaniyası) təklif edir.

Avtomobilin malik olduğu tənzimləmə imkanlarının geniş spektri ilə, o cümlədən oturacaqların bel dayaq yastıqları, sizin oturacaqlarınızı öz mükəmməl fərdi rahatlıq tələblərinizə uyğun oturacaq, ideal şəkildə tənzimləməyə yardım edəcəkdir. Bu funksiyalar yalnız sürücü və ya ön sərnişin üçün nəzərdə tutulmuşdur.

 

Yüksək oturma vəziyyəti

Opel Meriva avtomobilində Siz ön və arxada yüksək oturma vəziyyəti ilə gözəl görünüş əldə edərək, dünyanı rahatlıq içində görəcəksiniz. Oturacaqlar bu avtomobil sinfində ən uzun səyahət və hündürlüyü nizama salma funksiyalarına malikdirlər.Əyiləbilən və teleskop idarəetmə sütünlarının birləşməsi onu ifadə edir ki, hamı özünün ən mükəmməl oturma vəziyyətini tapa biləcək.


Enlarge

FlexFix® daşıma sistemi

Velosipedlərin ideal daşıma sistemi FlexFix® adlanır. Arxa bamperdən çıxan xüsusi dayaqda təkərlərinin diametri 29 düymədək və təkərlərarası bazası 1203 mm-dək olan iki ədəd velosiped bərkitmək mümkündür. Opel-in bu unikal həlli Park Pilot sistemi ilə birgə işləyərək velosipedləri yükləyərkən bel ağrısı qazanmaq ehtimalını minimallaşdırır. Bu sistem həmçinin sizin evinizdə və ya qarajınızda yerin boşalmasına və damda quraşdırılan velosiped bərkitmə sistemləri ilə müqayisədə yanacağa qənaət etməsinə imkan verir.