Opel Meriva – Tam Təhlükəsizlik

TƏHLÜKƏSİZLİYİN ETİBARLİ HİSSİ.

Opel-in SAFETEC® konsepsiyası sürücüyə yardım funksiyaları, sabitlik proqramları, xəbərdarlıq və passiv təhlükəsizlik sistemləri də daxil olmaqla bütün təhlükəsizlik sistemlərini yeni Opel Meriva-da özündə birləşdirir. Nəticədə sürücü və bütün sərnişinlər üçün bir-biri ilə əlaqəli və çox effektiv müdafiə sistemi yaranmış olub.

Enlarge

Adaptiv Ön İşıqlandırma (AFL)

Avtomobilin gecə vaxtı idarə olunması hər zaman stress yaradır. Yeni Opel Meriva-nın qabaqcıl halogen AFL sistemi döngələrdə faraların işıq şöləsini döngə istiqamətinə yönləndirərək daha çox sahənin işıqlanmasını təmin edir. Nəticə? Daha az stress, daha çox təhlükəsizlik və daha rahat idarəetmə.

 

  • Sürətdən və sükanın vəziyyətindən asılı olaraq işıq şöləsi hər iki istiqamətdə 15 dərəcə bucaq altında dönə bilir.
  • Əlavə işıqlar avtomatik olaraq işə düşərək 90 dərəcə bucaq altında döngələri işıqlandırır.
  • Parklama zamanı sürücünün ərazini daha yaxşı görə bilməsi üçün avtomobil arxaya hərəkət edərkən statik döngə işıqları işə düşür.

Enlarge

Parklama Yardımçısı

Toqquşmayacağınıza heç kim zəmanət verə bilməz. Hətta xırda toqquşmanın belə böyük fəsadları ola bilər. Parklama Yardımçısı (Park Assist) həm öndə, həm də arxada mümkün maneələri müəyyən etməyə kömək edir. Maneəyə qalan məsafə titrək səs vasitəsilə bildirilir.


Enlarge

Tam təhlükəsizlik funksiyası

Opel Meriva-da istənilən qəzanın fəsadlarını minimallaşdıra bilən bir biri ilə tam əlaqəli təhlükəsizlik sistemləri nəzərdə tutulub. Bura passiv təhlükəsizlik sistemlərindən tutmuş sürücüyə yardımçı kimi çalışan aktiv təhlükəsizlik sistemləri daxildir. Nəticədə siz və sizin sərnişinlərinizin hər biri tam mühafizə altında olmuş olursunuz.

 

Təhlükəsizlik sistemlərinə daxildir:

  • ESP®Plus
  • Əyləc yardımçısı və Döngələrdə Əyləcə Nəzarət (CBC) sisteminə malik ABS
  • İşıqlara Avtomatik Nəzarət (ALC) sistemi
  • Yağış sensoru

Enlarge

Passiv təhlükəsizlik xüsusiyyətləri

Baş verə biləcək qəzanı qarşılamaq üçün Opel Meriva tam təchiz olunub.


Passiv təhlükəsizlik sistemlərinə aiddir:

 

  • Tam yan müdafiə ilə təchiz olunmuş möhkəm sərnişin karkası
  • Ön, yan və pərdə tipli hava yastıqları
  • Pedalların Ayrılma Sistemi (PRS)
  • Aktiv ön başaltlıqlar
  • İkipilləli öncədən dartıma malik təhlükəsizlik kəmərləri
  • Qabaqcıl FlexDoors® təhlükəsizlik konsepsiyası

Enlarge

Beş Ulduzlu Təhlükəsizlik

NCAP – avtomobillərin təhlükəsizliyini araşdıran müstəqil təşkilatdır. O, kraş-testlər keçirən ən mötəbər təşkilat kimi bütün dünyada tanınır və onun reytinqlərinə bütün avtomobilqayırma sənayəsi hörmətlə yanaşır. Euro NCAP-nin 5-ulduzluq təhlükəsizlik reytinqi avtomobilə verilə biləcək ən yüksək qiymətdir.