Opel Meriva -  Mükəmməl Səmərəlilik

performans və qənaətdən ilham alin.

Avro 6 standartlarına uyğun benzin və dizel mühərriklər, üstəgəl qazla təchiz etmək üstünlüyü – səyahətə hansı birisi ilə gedəcəyinizə siz qərar verəcəksiniz. 1.6 CDTI dizel mühərrik də yeni standartlar təyin edir. Rəvan, işguzar və qənaətcil – bu mühərriklər öz sinfində ən sərfəli təklifdir.

Enlarge

Opel Meriva ecoFLEX

Bəzi sürücülər üçün ətraf mühitin ekoloji təmizliyi hər şeydən önəmlidir. Əgər bu sizə də aiddirsə, Opel sizə real imkan təklif edir. CO2 tullantılarını 99 q/km azaldan Start/Stop sisteminə malik Opel Meriva 1.6 CDTI ecoFLEX (81 kVt (110 a.g.)) bu avtomobilin ən qənaətcil və ətraf mühit üçün ən zərərsiz modifikasiyasıdır.


Enlarge

Benzin və Qaz mühərriklər

Avro 6 standartlarına uyğun benzin və qaz (LPG) mühərriklər həmçinin bu mühərriklərin nə qədər təmiz və səmərəli olduqlarının nümunələridir. Ən müasir mühərrik texnologiyaları və standart təchizata daxil olan Start/Stop sistemi yanacağa qənaət istiqamətində öz töhfəsini verməklə indi də benzin mühərrikli modellərin hamısında (1.4 Turbo LPG modelindən başqa) mövcuddur.

 

Opel Meriva 1.4 Turbo modelinin həm 88 kVt (120 a.g.), həm də ki, 103 kVt (140 a.g.) modifikasiyaları üçün xüsusi tənzimlənmiş 6-pilləli avtomatik transmissiya nəzərdə tutulub. Alternativ kimi pillələrin asan və rəvan dəyişilməsi ilə seçilən 6-pilləli mexaniki sürət qutusu təklif olunur.

 

Əgər siz LPG modelinə üstünlük verərsinizsə, pulunuza qənaət etmiş olacaqsınız, çünki maye qaz daha ucuzdur. İstədiyiniz vaxt benzin yanacaqdan qaza keçə bilərsiniz. Hər iki yanacaqdan istifadə etməklə, siz 960 km yol qət edə bilərsiniz.


Enlarge

Yeni Dizel Nəsli

Opel Meriva-nın tam yeni nəsil 1.6 CDTI dizel mühərriki Opel-in irəliyə atdığı daha bir addımdır. Bu mühərrik gözlənildiyindən daha yüksək nailiyyətlərə imza atmış oldu.

 

Tam alüminium mühərrik yeni Avro 6 standartlarının tələblərinə tam uyğun gəlir. Azot oksidinin (NOx) azaldılması texniki xidmət və əlavə maye çəni tələb etməyən Zəifləşdirilmiş  NOx Texnologiyası (LNT) sayəsində əldə olunmuşdur.

 


Yeni mühərrik sırasının digər fərqləndirici xüsusiyyəti – inanılmaz dərəcədə sakit və vibrasiyasız işləməsidir. Yeni nəsil mühərriklərin performansı da təsir bağışlayandır. 1.6 CDTI 100 kVt (136 a.g.) və 320 Nm fırlanma anı hasil edir ki, bu da bu həcmli mühərrik sinfi üçün yeni nailiyyət olmaqla, Opel Meriva-nın mükəmməl idarəetmə performansının qiymətləndirilməsi üçün vacib bir göstəricidir. 70 kVt (95 a.g.) və 81 kVt (110 a.g.) hasil edən mühəriklər qənaətcillik və ekoloji təmizlik sahəsində yeni standartlar tətbiq edirlər. Bütün 1.6 CDTI mühərriklər Start/Stop sistemi ilə təchiz olunur.


Enlarge

Start/Stop Sistemi

İşləyən mühərrik hətta hərəkət etməyən avtomobildə belə yanacaq sərf edir və CO2 tullantıları buraxır. Opel-in Start/Stop sistemi avtomobil dayanan kimi avtomatik olaraq mühərriki söndürür. İlişmə pedalı basıldıqda (mexaniki transmissiya) və ya ayaq əyləc pedalından çəkildikdə (avtomatik transmissiya), mühərrik dərhal işə düşür.


1:

Yanacaq sərfiyyatı: şəhərdə 9,5–4,1, şəhərdən kənar 5,7–3,6, qarışıq rejimdə 7,1–3,8. CO2 tullantıları, q/km: qarışıq rejimdə 166–99.

 

1.4 LPG: yanacaq sərfiyyatı, litr/100 km: şəhərdə 9,8–9,7 (7,8), şəhərdən kənar 6,1–5,9 (4,8–4,7), qarışıq rejimdə 7,4–7,3 (5,9–5,8). CO2 tullantıları, q/km: qarışıq rejimdə 121–119 (139–137). LPG rejimi (benzin rejimi).

 

R (EC) No. 715/2007 direktivinin tələblərinə uyğun (müvafiq tətbiq olunan versiyasında).)