Opel Meriva – Rahatlayıcı Komfort

içəri daxil olun, idarəetmədən zövq alın.

Hətta ən sadə təchizatla Opel Meriva mükəmməl və rahat ailə avtomobilidir. Lakin, arzulayırsınızsa, istədiyiniz hər bir şeyi əlavə edə bilərsiniz. Geniş standart və əlavə təchizat siyahısından rahatlıq elementlərini seçərək öz avtomobilinizdən daha da çox zövq almaq üçün ürəyinizcə zənginləşdirin.

Enlarge

FlexRail® yük yeri sistemi

FlexRail® - arxa orta sərnişinin ayaqları üçün yerə xələl gətirmədən ön oturacaqların arasında əşyaların saxlanılması üçün nəzərdə tutulmuş geniş və uyuşqan unikal modul tipli saxlanc sistemidir. Siz bu sistemin dirsəkaltlıq və stəkanaltlıqlar kimi komponentlərini alüminium relslər üzərində yerini dəyişərək müxtəlif səyahətlər üçün müxtəlif variantlar düzəldə bilərsiniz. Stəkanltlıqlara malik xüsusi adapter sayəsində dirsəkaltlığı arxa orta oturacağının önə qatlanmış söykənəcəyinin üzərində yerləşdirmək mümkündür.

 

  • Oturacaqların istənilən vəziyyətində dirsəkaltlıq və stəkanaltlıqların optimal yerləşməsi
  • Əl çantası, noutbuk və s. üçün kifayət qədər geniş və uyuşqan əşya yeri
  • Hər bir sərnişin üçün əlçatan
  • Arxa sərnişinlər üçün əlavə dirsəkaltlıq və stəkanaltlıqlar

Enlarge

Panorama lyuk

Günəşin salonu işıqlandırmasına imkan yaradın. Panoram tipli lyuk hər iki oturacaq sırasının üzərini əhatə edərək, salonu işıqlı və təravətli edir. Günəş çox parlaq olduqda isə elektrik ötürücülü pərdə vasitəsilə salonu sərin saxlamaq mümkündür.


Enlarge

Elektrik Klimat Kontrol

Elektrik Klimat Control sistemi sürücü və ön sərnişinə özlərinə fərqli temperaturlar təyin etmək imkanı verir. Sensorlar seçilmiş temperaturun dəqiqliklə təmin olmasına nəzarət edirlər. Bundan asan nə ola bilər ki?


Enlarge

İsidici sükan çarxı

Soyuq günlərdə əllərin isidilməsindən zövq alın. İsidilən sükan çarxı bir neçə saniyə ərzində isinərək əlavə rahatlıq mənbəsinə çevrilir. Ön oturacaqların isidiciləri ilə birgə təklif olunan sükan çarxı isidicisi bundan belə sizin qış mövsümlərinizin daha rahat keçəcəyinə zəmanət verir.


Enlarge

Elektrik dayanacaq əyləci

Standart təchizatda təklif olunan dəyişdirici ilə idarə olunan elektrik dayanacaq əyləci rahatlıq və təhlükəsizliyi təmin edir və sürücünün işini asanlaşdırır. Avtomobil yoxuşda hərəkətə başladıqda onun geriyə diyirlənməsinin qarşısını alır və avtomobil hərəkətə başlayan kimi avtomatik olaraq „buraxır“.

 

Lazım gəldikdə onu həmçinin adi dayanacaq əyləci kimi də istifadə etmək olar – avtomobil hərəkətdə olduğu zaman ABS nəzarəti altında yavaşlama üçün.


Yoxuşda Starta Yardımçı

Yoxuşda Starta Yardımçı yoxuşda hərəkətə başladıqda avtomobili geriyə diyirlənməkdən saxlayır. Əyləclərin avtomatik tam buraxılması yalnız avtomobil təhlükəsiz hərəkətə başladıqdan sonra baş verir. Nəticə - heç bir əziyyətsiz 100% uğurlu start.


Enlarge

Arxa Görüntü Kamerası

130° görünüş bucağına malik Arxa Görüntü Kamerası arxada mövcud olan potensial maneəni Rəngli Məlumat Displeyində aydın şəkildə əks etdirir. Arxaya hərəkət rejimi seçildikdə avtomatik işə düşən kamera parklama zamanı ən lazımlı yardımçıdır


Enlarge

Yük yeri

Opel Meriva-da erqonomika yalnız rahat oturacaqlar və idarəetmə elementlərinin əl altında olmasından ibarət deyil. O, həmçinin əşyaların  yerləşdirilməsinə və daşınmasına da şamil edilir. Siz salonun ən münasib yerlərində müxtəlif açıq və örtülü əşya yerlərinə rast gələcəksiniz. Onlarla yanaşı, unikal FlexRail® mərkəzi konsol sistemi də mövcuddur ki, əşyaların yerləşdirilməsi və daşınması üçün ümumilikdə 32 variant mümkündür. Bu isə hər bir əşyanı öz yerində saxıamaq üçün geniş imkanlar yaradır.


Enlarge

FlexFloor® yük yeri

Baqaj bölməsi sizin həyatınızı asanlaşdırmaq üçün müxtəlif imkanlar təklif edir. Döşəmə iki müxtəlif hündürlükdə yerləşdirilə bilər. Daha yüksək vəziyyətdə, döşəmənin səviyyəsi qatlanmış arxa oturacaqlarla bir olacaq, döşəmənin altında isə gizli əşya bölməsi yaranır. Döşəmənin aşağı səviyyədə quraşdırılması hündür əşyaların daşınması üçün imkan yaradır.

 

Digər xüsusiyyətləri:

 

  • Tibbi yardım qutusunu saxlamaq üçün yan tərəfdə bağlı saxlanc
  • Təhlükəsizlik üçbucağı üçün tutqac
  • Çantalar üçün və döşəmə qaldırıldıqda onun fiksasiyası üçün irəli çəkilən qarmaq
  • Yüklərin fiksasiyası üçün 4 ədəd qarmaq