
Opel Corsa 5-qapılı öz dinamik üslubu və mükəmməl genişliyi ilə sosial həyat tərzi sürən insanlar üçün daha cazibədar görünür.
Opel Corsanın xarici və salon dizaynının əsas məqamları barədə daha ətraflı məlumat alın.

Hardan baxsanız, Opel Corsa hər tərəfdən sizi heyran edəcək. Güclü xasiyyəti və xüsusi görünüşü ilə Opel Corsa küçələrdəki boz monotonluqdan seçilir. Siz ilk baxışdan bir birinizə aşiq olacaqsınız. Və artiq ikinci baxışdan siz onun cazibədarlığını görəcəksiniz. Opel Corsanın yeni tərəflərini özünüz üçün kəşf edin.

Opel Corsanın salonu da xarici kimi mükəmməldir. Siz genişlikdən heyrətə gələcək, rahatlığa valeh olacaq və öz Opel Corsanızı doğru yola yönləndirə bilmə imkanınıza və avtomobilin xüsusiyyətlərinə mat qalacaqsınız. Cəlbedici atmosfer, rahat oturacaqlar, müvafiq qurğu paneli və qapı tutacaqları, lakla örtülmüş səth, zərif işıqlandırılmış idarəetmə elementləri və yenilikçi kabinə Opel Corsanı sizin onunla birgə həyat sürməniz üçün ideal edir.

Bircə düymə ilə bu geniş lyuku açaraq təmiz hava qəbul edin. Bununla bərabər quraşdırılmış külək səmti dəyişdiricisi və 2 qat səs azaldıcı təklif olunur. Nəzərə alın ki, Essentia modelində bu imkan yoxdur.
Bu barədə daha ətraflı:
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.
