
Opel Astra standart və texnologiyası il sürücü və sərnişinlərin qeydinə qalır.

Elektron Klimat Kontrol (ECC) tamamilə avtomatikdir və fərdi şəkildə quraşdırılır və hər bir şəraitdə daimi hava temperaturunu saxlayan günəş şüalarının intensiv ötürücüsündən ibarətdir. ECC həmçinin havanın keyfiyyətinin yaxçılaşdırılması üçün kömür filterlərlə təchiz edilmişdir.

Burada avtomobil mühərrikinin temperaturundan asılı olmayaraq salonu az bir zamanda isidən elektron idarəetmə və əlavə istilik sistemi təchiz edilmişdir. Eləcə də Quickheat sistemi şüşələri donmadan qoruyur

Qapıların açarsız açılıb-bağlanma sistemi. Bu sistem gündəlik həyatda rahatlığı artırır və oğurluğa qarşı mükəmmək mühafizə təklif edir.

ALC Avtomatik İşıqlanma Sistemi təbii işıqlanma şəraitinin dəyişdiyi zaman sürücüyə yardımçı olur. Buraya ətraf mühitin işıqlanması ilə bərabər tam avtomobilin önündəki yolun işıqlanması da aiddir ki, bu da sürücüyə tunel və yeraltı keçidləri ayırd etməyə imkan verir.

Arxa ötürücü seçilən zaman Park Pilot avtomatik olaraq işə düşür və arxa tərəfdə sürücünün nəzəri kənarında olan hətta ən cüzi maneələr barədə səsli xəbərdarlıq edir.

Opel Astra sürücü və şərnişinlərin asan və rahat istifadə edə biləcəyi yük yerlərilə təchiz edilmişdir. Buraya ön oturacaqların arxasındakı ciblər, ön və arxa qapılardakı yük yerləri, arakəsməli böyük qutu, öndə mərkəzdə yerləşən stəkan altlığı və ə.ya saxlamaq üçün qutu ilə təchiz edilmiş qolaltlığı.

Opel Astra GTC öz klasında ən iri həcmli baqaj hissəsini təqdim edir -380 lirt. Bu həcm təbii ki həftə sonu istirahəti, həmçinin iş həyatı və asudə vaxt gəzintisi üçün idealdır. Oturacaqların 60: 40 qatlanması bu hissənin həcmini 1070 l qədər artırmağa imkan verir. Əlavə olaraq 40:20:40 ölçüdə qatlanan arxa oturacaqlar mövcuddur ki, bu da uzunölçülü əşyaları daşımaq üçün idealdır.

Yol hərəkəti barədə məlumat almaq, yol göstəricisini işə salmaq, hər hansı radio kanalı tutmaq və ya MP3 qoşmaq - yenilənmiş Astra GTC məlumat əyləncə sistemi bütün bu funksiyaları intuitiv şəkildə idarə etməyə imkan verir. Sizin MP3 və ya MP3-süz CD-radio sistemi və aux-in, eləcə də 6,5 " rəngli ekran və DVD-ROM, xəritə və 30-dan çox avropa ölkələri dillərində proqram təminatı və rəqəmsal yolgöstərici ilə təchiz edilmiş son nəslin müasir naviqasiya sistemi kimi seçim imkanınız var.
Mobil telefonun quraşdırılması üçün siz simsiz Bluetooth™ sistemi və mobil telefon batareyasını dolduran yenilənmiş xüsusi telefon altlığından istifadə edə bilərsiniz. Telefonun bütün mühüm funksiyalarını sükan, ön panel və ya səsli şəkildə idarə etmək olar.

Geniş tünd şüşədən olan dam bircə düymə vasitəsilə Opel Astra avtomobilinin hərəkətinə daha da cazibədarlıq verir və təmiz hava axınını təmin edir.
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.
