Opel Astra Sedanı - Dizayn

Fəxr etməyə layiq olan.

Biz Opel Astra ilə fəxr edirik. Çünki biz bilirik ki, sizin də əldə etdikdən sonra öyünə biləcəyiniz bir avtomobili yaratmağa müyəssər olmuşuq.

Enlarge

Eksteryerin dizaynı

Mütənasiblik prinsipinin qavrama hisslərinə necə təzahür etdiyini müşahidə etmək çox möhtəşəmdir. Bizim 4-qapılı Astra sedan modeli ilə yaxından tanış olaq. Bu, model çox mükəmməl bir şəkildə balanslaşdırılmışdır və ahəngdar dizayna malik olduğundan, siz avtomobillə tanş olduqda sanki rəssamın öz işinə təmiz kağız vərəqinin üzərində başlamış olduğuna inananacaqsınız. Səthlər və xətlər belə ardıcıl şəkildə uzlaşdırılmışdır ki, bu da ümumi dinamik mövzu təəssüratını yaradır. Burada hər bir şey öz yerini mükəmməl bir şəkildə tuta bilmişdir.

 

Bununla bərabər burada, xüsusilə də, ön tərəfdə, bizə artıq tanış olan xüsusiyyətlər gözə çarpır. Faralar və barmaqlıqlar aydın şəkildə nəfis "Astra" modelini vurğulayırlar. Lakin, arxa işıq faraları isə digər Astra modellərində olduğu kimidir. Bütün bunların arasında hər şey özünəməxsus bir təzahürlə özünü bildirir.

 

Avtomobilin sərnişin kabininin üstündə quraşdırılmış tavanının konturları sizin diqqətinizi dərhal cəlb edir. Sonra da sizin baxışlarınızı arxa pəncərənin şovsuz və nəfis çərçivəsinə  və sonda isə elegant aerodinamik arxa döşəmənin qısa çıxıntısına tərəf yönəldir. Yan pəncərənin sahəsi eleqant idmansayağı üsluba uyğun olaraq hamar dam örtüyünü tamalayır.

 

 Avtomobilin arxa hissəsi mükəmməl bir şəkildə tamalanır. Bu hissə, arxa şüşənin, inteqrasiya olunmuş döşəmə spoylerinin və nəfis şəkildə yonulmuş geniş bamperin ahəngdar şəkildə bir-birini tamamlaması ilə səciyyələnir. Bunlar hamısı birlikdə çox mükəmməl bir ahəng yaradır. Öyünməyə kifayət qədər səbəb mövcuddur.


Enlarge

İnteryerin dizaynı

Geniş konturlar və alətlər paneli cəzbedici mühitin yaradılması məqsədilə bir-biri ilə uzlaşdırılmışdır. Yüksək keyfiyyətli Opel Astra materialları peşəkar insan əməyinin mükəmməl səviyyəsi ilə müşayiət olunur. Əsas səthin konturları zərif və yüksək keyfiyyətli materialla toxunmuşdur.

 

Xrom materialı kabinəyə texniki, müasir bir haşiyə əlavə edir. Burada həmçinin iti ətraflı detal motivlərinə rast gəlmək olar - bunlar qapı tutacaqlarında və sükan kimi detallarda quraşdırılmışdır.

 

Opel Astra modelində detalların seçilməsinə xüsusi diqqət yetirilmişdir - buna misal olaraq, idarəetmə elementlərinin və saxlama kameralarının dizaynı və praktiki yerləşdirilməsi zamanı onlara əlçatan yerdə olmasını təmin olunmasını göstərmək olar. Nəticə: Mükəmməl erqonomikaya malik olan və sürücü üçün çox əlverişli və rahat kabinə yaradılmışdır.