
Gözəl və dinamik kupe dizaynı ilə Opel Astra GTC kütlədən aydın şəkildə seçilir.
Opel GTC unikal xarici və salon görünüşü barədə daha ətraflı məlumat alın.
Opel Astra GTC yığcam kupe konsepsiyasının təcəssümüdür. Qısa asılqan çıxıntılar, səciyyəvi tağ tavan və künclü arxa yan pəncərələr möhkəm idman tipli Opel Astra GTC yaratmaq üçün birləşmişlər. Geniş çiyinlər və aşağı şassilər gələcəyə baxışı vurğulayır.
Öndən görünüşdə həm kapot, həm də baqaj hissədə xətlər, künclü arxa yan pəncərələr, arxadakı qeyri-ənənəvi nazik şüşə, geniş arxa hissə və səciyyəvi arxa fənərlər - bütün bunlar unikal ifadəli dizaynın əlamətləridir.

Astra GTC unikal panoram görünüşlü dam sürücü və sərnişin üçün inqilabçı görünüş açır. O kapotdan tavanın ortasına qədər uzanır və onlar üçün təyyarə pəncərəsindən açılan görünüşə bərabər mənzərə açır.

Astra GTC kabinəsi eynilə qüsursuzdur. V-şəkilli ön hissə və kapotun mərkəzindən keçən səciyyəvi qatlama xətti yan tərəflərdən kəsilmiş məlumat əyləncə sisteminin və hava kondensasiyasının yüksək keyfiyyətini təmin edən mərkəzi çıxıntıya keçir.
Daxildən Opel Astra GTC yüksək keyfiyyətli materiallardan qurulmuş gözəl dizayna malikdir. Bu o deməkdir ki, o nəinki gözəl görünüşə malikdir, hətta toxunuşda çox xoş təəssürat bağışlayır.
Alətlər aydındır və idarəetmə sistemləri maksimum rahatlıq üçün erqonomik yerləşdirilmişdir və çox asan idarə olunur. Bütün bunlar yüksək səviyyəli salon dizaynı yaradır.

Opel Astra GTC saf dinamiklik ifadə edir."OPC Line Pack 1" ön və arxa alt spoylerlər, yan pərdələr və tavan spoylerindən ibarət olub, dinamikliyi mükəmməl dərəcədə vurğulayır. Müvafiq əlavələr: ölçüsü 7.5 J x 18 olan, eləcə də 9-V milvari,11 milvari və ya 5 ulduz şəkilli milvari dizaynda olan, bundan əlavə 225/40 ZR18 ilə tamamlanan üç növlü xəlitə təkərlər.
Opel Astra GTC-yə güzəştsiz idman ruhu qatan "OPC Line Pack 2" paketidir. Ön və arxa alt spoylerlər, yan pərdə və tavan spoyleri hətta hərəkətdə olmayan avtomobilə belə gözəllik və dinamiklik hissi verir və müxtəlif növlü xəlitə təkərlər bu hissləri hərəkət zamanı ifadə edir.
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.
