
Burada 3 qapılı Astranın aksesuar çeşidlərindən cəmi bir neçəsi göstərilmişdir.
OPC seçimləri və aksesuarları sizin Astra GTC-nizə dinamik istedad, fərdilik və həyəcan qatır. Onlar zavod-qurumlu seçim paketi şəklində gəlir və ya sizin Ople dileriniz tərəfindən quraşdırılır.
Daha çox çeşid üçün Opel Astra GTC onlayn aksesuar kataloquna daxil olun və ya yerli Opel dilerinizdən məlumat alın.

Burada səkkiz növ seçim göstərilmişdir. Ölçülər 1,100 x 800 x 400 mm-dən 2,180 x 940 x 400 mm-ə qədər dəyişir. Quraşdırılma üçün tavanda daşıyıcı yerləşdirilməlidir.

Çıxarılan və daimi yedək qurğuları mövcuddur və 1,650 kq qədər yük saxlaya bilir.

Qoruyucu pərdələr arxa yan pəncərələr və arxa şüşə üçün sifarişlə tikilir, quraşdırılması asandır və pəncərələrin açılıb-bağlanmasına mane olmur.

Opel bütün ayşda olan uşaqlar üçün oturacaq növləri təklif edir. Daha asan quraşdırılma və təhlükəsizlik üçün oturacaqlar ISOFIX (həmçinin Tpo Tether Kit) və ya standart üç tərəfli təhlükəsizlik kəməri vasitəsilə bərkidilir. Bütün oturacaqlar ən son AB standartlarına cavab verir.

İdman üslublu, 11 milli və kontrastlı antrasit mərkəzi qapaqlı.

Əsasən avtomobil parkı yerlərində yandan dəyə biləcək zədələr qarşı mükəmməl müdafiə. Rəngi avtomobilin rənginə boyana bilər.

Opel Astra GTC saf dinamiklik ifadə edir. "OPC Line Pack 1" ön və arxa alt spoylerlər, yan pərdələr və tavan spoylerindən ibarət olub, dinamikliyi mükəmməl dərəcədə vurğulayır. Müvafiq əlavələr: ölçüsü 71/2 J x 18 olan, eləcə də 9-V milvari,11 milvari və ya 5 ulduz şəkilli milvari dizaynda olan, bundan əlavə 225/40 ZR18 ilə tamamlanan üç növlü xəlitə təkərlər.
Opel Astra GTC-yə güzəştsiz idman ruhu qatan "OPC Line Pack 2" paketidir. Ön və arxa alt spoylerlər, yan pərdə və tavan spoyleri hətta hərəkətdə olmayan avtomobilə belə gözəllik və dinamiklik hissi verir və müxtəlif növlü xəlitə təkərlər bu hissləri hərəkət zamanı ifadə edir.
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.

