
Xarici görünüşündən əlavə bu offroad avto sərt şəraitlərə baxmayaraq, sizə ehtiyacınız olan məsuliyyəti vermək üçün bir sıra ağıllı şassi kontrolu sistemləri təklif edir. İdarə etmə texnologiyalarının müxtəlif seçimi sizin əllərinizdədir.
Opel Antaranın dödr aparıcı təkər texnologiyası və aktiv və passiv təhlükəsizlik xüsusiyyətləri barədə hərtərəfli məlumat alın.

Opel Antara elektron şəkildə kontrol edilən dörd aparıcı təkərlə təchiz edilmişdir. Adətən ön təkərlər aparıcı rolunu oynayır. Lakin mürəkkəb və sürüşkən yollarda maksimum dartma üçün avtomatik olaraq arxadan önə 50:50 hərəkət gücü işə düşür.
Ön təkərlər 2.4 benzin və 2.0 CDTI dizel mühərriklərdə aparıcı olur.

Opel Antaranın bir standart elementi də Enmə Kontrolu Sistemidir (DCS). DCS sisteminin aktivləşdirilməsi eniş zamanı qaz əyləcinin köməyi ilə əvvəlcədən sürəti eyni saxlayır.

Opel Antara aktiv təhlükəsizliyinin artırılması üçün yüksək səviyyədə inkişaf etmiş elektron hərəkət sistemindən istifadə edir. Adi funksiyalarına əlavə olaraq ABS həmçinin aşağıdakıları təklif edir:
Dpngələrdə tormozlama zamanı daxili təkərə əyləc təzyiqi hesabına sabitliyi artıran Yan Əyləc İdarəedilməsi (CBC).
Sürücü güclü təzyiqlə əyləcə basarkən avtomatik olaraq əyləc təzyiqini artıran və bununla da tormoz məsafəsini azaldan Hidravlik Əyləc Yardımçısı (HBA).
Opel Antarada təchiz edilmiş Ekektron Sabitlik Proqramı (ESP®) standart Çəkmə Kontrolu (TC) və Enmə Kontrolu Sistemindən (DCS) ibarətdir.
Bu sistemlərin mükəmməl dörd aparıcı təkər (AWD) sistemi ilə ideal birliyi nəinki yüksək səviyyəli idarəetmə və rahatlıq, həmçinin yüksək aktiv təhlükəsizliyi təmin edir.

Bu xüsusiyyətlər və çıxarıla bilən qoşqu Opel Antaranı çəkmə-qoşqu üçün ideal vasitə edir.

SAFETEC® ilə siz hər tərəfdən müdafiə olunursunuz. Sistem avtomobilin bütün funksiyalarının aktiv və passiv təhlükəsizliyin qarşılıqlı təsirinə əsaslanıb və əsas elementi çox sərt sərnişin yeridir. Bu cür birlik sizi əmin edir ki, əgər siz qəzaya düşməmək üçün bu günə qədər uğurlu olmusunuzsa, o zaman mexaniki deformasiyalar minimuma çatdırılacaq və maksimal sağ qalma imkanı yaranacaq.
Şəkil avadanlığın xüsusiyyətlərini göstərə bilər.
