Opel OPC Modelləri - OPC Modelləri

INSIGNIA OPC.

Opel Insignia OPC yüksək səviyyəli idman avtomobilidir. Onun 4-qapılı notchback və ya 5-qapılı hatchback variantları təklif olunur. 


Opel İnsignianın zərif və qüvvətli görünüşü aqressiv və güclü OPC dizayn elementləri ilə tamamlanır və onu unikal və təkrarolunmaz edir. Standart xüsusiyyətlər paketinə həmçinin FlexRide 4x4, aktiv idman diferensialı, hava dəyişkənli əyləc diskləri və OPC Recaro idman oturacaqları daxildir.


Opel Insignia OPC 325 hp mühərrikə malikdir ki, bu da onu Opel tarixində ən güclü avto edir. 435  Nm fırlanma anı 100 km/s məsafəni cəmi 6 saniyəyə yığmaq imkanı veiri və maksimum sürət 250km/s çatır.