SUV HƏYAT TƏRZİ: MACƏRA ÜÇÜN YENİ HƏVƏS.

Crossland X, Side View

Hamımızın qəlbinin bir hissəsində macəra arzusu yatır –lakin təxminlər və rasionallıq ehtiyacı, bu əyləncə və həyəcan axtarışının qarşısını kəsir. Əslində, SUV-ların həyat tərzi və rahatlığı belə yaxşı birləşdirmə qabiliyyəti məhz onların kütləvi populyarlığının sirri ola bilər. Bir SUV-un həyat tərzinizə necə uyğunlaşa biləcəyi haqqında ətraflı məlumat üçün oxumağa davam edin.

Sürüş mahnıları və macəra.

Əslində SUV asılılığı nədən irəli gəlir? Təbii ki, bu dəbli sahə avtomobilini alarkən bir çox məntiqli səbəblər göstərmək olar. Onlar yüksək səviyyəli təhlükəsizlik və elastikliklə birgə qabaqcıl texnologiya da təqdim edir. Lakin avtomobil almaq əksər hallarda ağlınızla deyil qəlbinizlə verilən bir qərardır, SUV-ların uğurunun sirri də məhz bir çox insanın avtomobilin formasını arzu-olunan həyat tərzi ilə birləşdirməsindən irəli gəlir.

 

Kraftwerk-in "Autobahn", Metallica-nın "Fuel" və ya Queen’s-in "I'm In Love With My Car" kimi mahnılarını xatırlayırsınızmı? Sürüş populyar musiqidə artıq xüsusi bir şey kimi təqdim olunurdu – və SUV-unuza oturduğunuz zaman yaşadığınız azadlıq hissi buna bənzəyir. Opel macəra arzularınıza yeni Grandland X ilə cavab verir. Azadlıqdan həzz al və yolu fəth et. Grandland X haqqında daha ətraflı.

SUV-lar həyat tərzinizə mükəmməl dərəcədə uyğunlaşır.

İstiqamət haradır? Yoldan çıxın təbiətin qucağına dönmək istəyirsinizmi? Bəlkə də, macəraçı hobbiləriniz var və ağır avadanlıqlar daşımalısınız. SUV ilə hər zaman etibarlı əllərdəsiniz. Tavan yüklüyü, velosiped daşıyıcısı və ya iPad tutucuları ilə avtomobilinizi fərdi ehtiyaclarınıza mükəmməl şəkildə uyğunlaşdıra bilərsiniz. Şəhərdə və ya şəhərdən kənarda səyahət etmənizdən asılı olmayaraq, hər macəranın öz soundtreki vardır - müasir səs sistemində isə bu daha təmtəraqlı bir şeyə çevrilir.

Opel Crossland X, Interior, Side View

Bütün yaşlar üçün rahatlıq və elastiklik.

SUV-lar sadəcə macəra, asudə vaxt və idman üçün deyil. Arxa-arxaya fəth etdikləri çox-yönlülükləri sayəsində onlar yalnız ailələrə deyil bütün yaş qruplarına xitab edir. Yaşlı sürücülər yüksək oturacaq vəziyyətindən və erqonomik rahatlıqdan faydalanır – və dırnaqarası "gümüş sörfçülər" isə daha çox müasir avtomobillər seçən yeni macəraçılardır. Ailələr genişlikdən və salonun özünəməxsus elastikliyindən, eləcə də böyüklər və uşaqlar üçün dizayn edilmiş SUV korpusundan faydalanır.

SUV-lar yeni imicini necə qazandı.

Təbii ki, SUV-ların (və onlar nəyi təmsil edir) da vokal rəqibləri var. SUV-un yanacaq ekoloji canavar imici bəzi müştəriləri uzun müddət tərəddüdə saxladı – amma texnologiya elə bir nöqtəyə gəlib çatdı ki, bir çox SUV hazırda ekoloji-yönümlü sürücülərə daha çox xitab edir. Məslən, Opel Mokka X, təxmini yanacaq sərfiyyatı qarışıq dövriyyədə 4.1l/100km¹ olan dizel mühərriki ilə təchiz oluna bilər. Mokka X haqqında daha ətraflı.

Həyatın yeni yolunu təmsil edir.

SUV seqmentinin populyarlığı artmağa davam etdiyi üçün, onun təqdim etdiyi həyat tərzinə qapılarını açmış insanların bir çoxu özlərini başqa avtomobili sürərkən təsvir edə bilmir. Güclü mühərriklər, tam çarxlı sürüş sistemi və həyəcan verici görünüşü ilə o qalib olmağa layiqdir.

 

Qısacası, SUV sürmək tamamilə yeni bir həyat yolunu ifadə edə bilər – ailənlə səyahətə çıxıb evə dönənə qədər hər macəra və ya fəaliyyətdə avtomobilin həm də sənin ortağındır. Opel SUV ailəsi haqqında daha ətraflı.

¹Mənbə: Mokka X, Mühərrik və Ötürücülər http://www.opel.ie/cars/mokka-x/models-specs/engines-transmissions.html

Əvvəlki
  • Opel, Grandland X, Exterior, Front View

    GRANDLAND X

    Təkrar xoş gəldin, macəra! Grandland X idmançı üsluba, müasir texnologiyaya, istənilən şərait və səthdə maksimum qavrama üçün IntelliGrip çəkim nəzarətinə sahibdir.

  • Opel, Mokka X, Exterior, Front View

    MOKKA X

    Şəhər, kənd və ya kələ-kötür yollar üçün mükəmməl SUV - dinamik Mokka X, onu çox-yönlü mükəmməl modelə çevirən yığcam dizayna və 4x4 Tam Çarxlı Sürüşə malikdir.

  • Opel, Crossland X, Exterior, Front View

    CROSSLAND X

    Sizin üçün krossover: Müasir SUV üslubunda olan, qənaətcil mühərriklər və sinfinin ən böyük yük saxlama yerinə malik Crossland X həyat tərzinizlə mükəmməl uyğunlaşır.

Sonrakı