SUV-LAR SİMVOL STATUSUNDAN AİLƏ AVTOMOBİLİNƏ NECƏ ÇEVRİLDİ?

Opel Crossland X, Baggage Compartment, Close-Up

SUV-ların qəfildən hər küçədə nəzərinizə çarpdığı vaxtları xatırlayırsınızmı? 90-cı illər bu modelin partlayış etməyə başladığı onillik oldu və alıcılar əsasən 40-50 yaşlı kişilər idi. SUV almaq adətən məntiqli bir alverdən çox, eqonun böyüklüyünü göstərirdi - bəs nə dəyişdi? Bu güclü, sahələr üçün yüksək sürüş qabiliyyətinə sahib avtomobillər öz sürücüləri üçün nə zaman eqo böyüklüyündən daha çox şey kəsb etməyə başladı?

SUV-lar necə yeni ailə avtomobili oldu.

Keçmiş on və ya on beş il ərzində daha çox gənc ailə öz heçbekini SUV ilə əvəz etdi. Bu avtomobillər tərzləri və daha qabaqcıl mühərrik texnologiyaları kimi, təqdim etdiyi yüksək sürüş vəziyyəti və geniş elastiklik qabiliyyətləri ilə də bir çox sürücünün qəlbində özünə yer edib.

Ailə SUV-larının 6 üstünlüyü:

1. Yol növü: Eleqant oturma vəziyyəti sizə rəqabətsiz yola nəzarət imkanı verir. Opel SUV ailə ilə seçimə bağlı əks və ön kameraları, parketmə və manevretmə uşaq oyunudur. SUV silsiləsi haqqında daha ətraflı.

 

2. Üstün təhlükəsizlik: Qalın yumşaq zona, çoxlu hava yastıqları, uşaq oturacağı kəməri və hətta sevimli dostların təhlükəsiz daşınma xüsusiyyətləri ilə, SUV-da təhlükəsizliyiniz prioritetdir. Əyləc və parketmə köməkçisi kimi ağıllı sistemləri sayəsində ehtimal sürtünmələrdən yayına və digər avtomobillərlə aranızda təhlükəsizlik məsafəsi saxlaya bilərsiniz.


3. Hər şeyə yer var: SUV aldığınız zaman "yer problemi" ifadəsini lüğətinizdən tamamilə çıxara bilərsiniz. Opel Grandland X arxada üç nəfərlik ayaq və baş yeri, eləcə də onlaırn yükləri üçün geniş bir baqaj yeri daxil bütün ailə üçün genişlik və rahatlıq təqdim edir. Sıxışaraq oturduğunuz günlər arxada qaldı!

 

4. Tərz məsələsi: Avtomobil almaq yalnız ağlınızla verməli olduğunuz bir qərar deyil – ürəyinizlə də məsləhətləşməlisiniz, bu isə daha çox dizaynla əlaqədardır. Avtomobil dizaynı heyranedici olmalıdır və Opel Grandland X kimi SUV-lar bu baxımdan istənilən yolda baş döndürücülüyü ilə daha irəlidə gedir. Bundan əlavə, güclü texnologiya və məlumat-əyləncə sistemləri səyahətin uzunluğundan asılı olmayaraq bütün ailənin vaxtını əyləncəli keçirməsini təmin edir.

 

5. Son dərəcə elastik, həftəsonunun bütün sürprizlərinə hazır: Uşaqların marağı bir göz qırpımında dəyişə bilər, amma SUV bütün vəziyyətlərə, hobbilərə və fəaliyyətlərə hazırdır. Arxa oturacaqları aşağı qatlayaraq, 1652 litrə qədər yük yeri açın və idman avadanlıqlarını, yaxud da uşaqlarınızın arzuladığı ağac evin taxtalarını asanlıqla daşıyın. Həftə sonu nə ilə gəlirsə gəlsin, Opel SUV silsiləsi boş yer açma elastikliyinə malikdir. Daha ətraflı burada.

 

6. Hər iki dünyanın ən yaxşısı: Adaptive 4x4 Tam Çarxlı Sürüşü ilə Opel SUV silsiləsi istənilən sahədə və hava şəraitində əsl intensiv sürüş təcrübəsi təqdim edir. Mokka X hər iki dünyanın ən yaxşısı kimi idman avtomobilinin əyləncə və dəqiqliyini ilə avtomobilinin zərifliyi ilə birləşdirir. Mokka X haqqında daha ətraflı.

 

Bu halda SUV-un sadəcə bir status rəmzindən başqa heç nə olmayan köhnə imicinin ciddi dərəcədə arxada qaldığını demək yerinə düşərdi – arzu-olunan dizayn, sürüş həzzi və əlverişliliyi ilə bu sahə maşınlarının hazırda orta yaşlı kişilərin seçimindən daha geniş kütlələrə xitab etdiyini görmək təəccüblü deyil. Bir SUV-un sizin həyat tərzinizə necə uyğunlaşa biləcəyi haqqında daha ətraflı.

Əvvəlki
  • Opel, Grandland X, Exterior, Front View

    GRANDLAND X

    Təkrar xoş gəldin, macəra! Grandland X idmançı üsluba, müasir texnologiyaya, istənilən şərait və səthdə maksimum qavrama üçün IntelliGrip çəkim nəzarətinə sahibdir.

  • Opel, Mokka X, Exterior, Front View

    MOKKA X

    Şəhər, kənd və ya kələ-kötür yollar üçün mükəmməl SUV - dinamik Mokka X, onu çox-yönlü mükəmməl modelə çevirən yığcam dizayna və 4x4 Tam Çarxlı Sürüşə malikdir.

  • Opel, Crossland X, Exterior, Front View

    CROSSLAND X

    Sizin üçün krossover: Müasir SUV üslubunda olan, qənaətcil mühərriklər və sinfinin ən böyük yük saxlama yerinə malik Crossland X həyat tərzinizlə mükəmməl uyğunlaşır.

Sonrakı