SUV NƏ ÜÇÜN DAHA MÜKƏMMƏL SÜRÜŞ TƏCRÜBƏSİDİR.

Opel Mokka X, Side View

SUV ilə siz 4 təkər sürüşü ilə təqdim olunan güclü mühərriklə birləşmiş tipik korpusun bütün rahatlığından həzz ala bilərsiniz. Keçən onillikdə SUV-a olan tələb kimi başqa heç bir avtomobilə tələb bu cür kəskin formada artmamışdı, bu isə qismən bu maşınların xüsusi idarəetmə xarakterinə malik olmaları ilə əlaqədardır.

Tam Çarxlı Sürüş və ya idarəetmə həzzi.

Nə vaxtsa palçıqlı, torpaqlı və ya qayalıq yolla getmək istəyi hiss etmisinizmi? Avtomobilinizin qarda və buzda quru yay yolundakı kimi rahat getməsini istəyirsinizsə, SUV axtardığınız seçimdir.

 

Keçməli olduğu landşaftan asılı olmayaraq, 4x4 Tam Çarxlı Sürüş sistemləri qavrama və sürüş həzzi təmin edəcək. Nə üçün? Çünki sürüşü maşının yalnız ön və ya arxa təkərlərinə (əksər hallarda) ötürməkdənsə, dörd təkərin hər birinə ayrılıqda ötürməklə, istənilən səthə daha böyük nəzarət imkanı verir. Çətin şərtlərdə OPel Moka X özünün 4x4 Tam Çarxlı Sürüş sistemi ilə əlavə çəkim gücü, qavrama və nəzarət təmin edir.

Güc və beyinlər.

Əsrin əvvəlində populyarlıq qazanmağa başlamış bir çox avtomobildən fərqli olaraq, SUV modelləri müəyyən bir vəziyyətdə müvafiq sürüş rejimini tapmaq məqsədilə dizayn edilmiş ağıllı sürücüyə kömək sistemləri ilə təchiz edilib.


Məsələn, 4 -çarxlı sürüşə ehtiyac olmayan hamar və quru yolda sürücü sadəcə bir düyməyə toxunmaqla arxa və ya ön təkər sürüşünə keçə bilər. Daha yüksək sürücülük vəziyyəti ilə mükafatlandırılmış azadlıq hissi və yola daha yaxşı nəzarət də daha rahat bir sürücülük təcrübəsi yaratmağa kömək edir.

Adam Rocks, Front View

Nəzarəti əldən buraxma.

SUV-larda Tam Çarxlı Sürüş Sistemi sürücülük təcrübəsini artırmaq məqsədilə qurulmuş yeganə sistem deyil – məsələn Opel Grandland X, IntelliGrip adaptiv çəkim gücü ilə buna bir nümunədir. Beş fərqli sürüş rejimi, istər qarlı, istər qumlu və ya palçıqlı, istərsə də enişli-yoxuşlu təpələrdə avtomobildə maksimum qavrama nəzarəti təmin edir. Yoxuş Qalxma Köməyi ilə siz dik qradiyentlərdə hərəkətə davam edirsiniz.

Təcrübə mükəmməllik yaradır.

Bəlkə də hər bir sürücü gizli də olsa özünü usta sürücü hesab edir – əslində isə həqiqət çox fərqlidir. Bacarıqlarınızın müvafiq dərəcədə qiymətləndirilməsi üçün, özünüzü təkmilləşdirmə imkanını nəzərə alaraq siz, vaxtaşırı təşkil olunan sürücü təhlükəsizliyi təlimlərində iştirak etməlisiniz.

 

Nə üçün də Opel Təhlükəsizlik Təlimi üçün qeydiyyatdan keçmə imkanından istifadə etməyəsiniz ? Gəlin və hazırkı silsilədən olan maşınları müxtəlif hava şəraitlərində sınaqdan keçirin, havadan asılı olaraq idarəetmə funksiyasının nə dərəcədə dəyişdiyini görmək sizi təəccübləndirə bilər.

 

İçinizdəki macəra hissini oyandıra bildikmi? Elə isə, SUV-ların güclü sürücülər üçün təqdim etdiyi özünəməxsus idmansayağı xüsusiyyəti və qabaqcıl texnologiyaları qərarınızı asanlaşdıracaq.

Əvvəlki
  • Opel, Grandland X, Exterior, Front View

    GRANDLAND X

    Təkrar xoş gəldin, macəra! Grandland X idmançı üsluba, müasir texnologiyaya, istənilən şərait və səthdə maksimum qavrama üçün IntelliGrip çəkim nəzarətinə sahibdir.

  • Opel, Mokka X, Exterior, Front View

    MOKKA X

    Şəhər, kənd və ya kələ-kötür yollar üçün mükəmməl SUV - dinamik Mokka X, onu çox-yönlü mükəmməl modelə çevirən yığcam dizayna və 4x4 Tam Çarxlı Sürüşə malikdir.

  • Opel, Crossland X, Exterior, Front View

    CROSSLAND X

    Sizin üçün krossover: Müasir SUV üslubunda olan, qənaətcil mühərriklər və sinfinin ən böyük yük saxlama yerinə malik Crossland X həyat tərzinizlə mükəmməl uyğunlaşır.

Sonrakı