SUV: ÜSTÜNLÜKLƏRİ NƏLƏRDİR?

Opel Crossland X, Rear View

SUV-ların artmağa davam edən populyarlığının səbəbi, heyranedici dizaynından sağlam dinamikasına, yola nəzarəti təmin edən yüksək sürüş vəziyyətinə qədər müxtəlifdir. Ümumilikdə, bu qədər geniş cazibə potensialına sahib olduğu üçün, hər şeyi bir cümlə ilə ifadə etmək çətindir - buna görə də, bir SUV sürmənin bütün üstünlüklərini saymaq bir az vaxt apardı.

Hər gün çox-yönlü mükəmməllik.

Faktiki olaraq bütün dünya SUV-ları sevir – bu bir təsadüf ola bilməz. Bəs, nə üçün min illərdir az yaşlı uşaqları olan analar bu xüsusi avtomobil növünə eyni dərəcədə üstünlük verirlər? SUV-larn idmansayağı dizaynı, güclü mexanizmi, yaxud genişliyi daha çoxdur? Əslində yuxarıdakıların hamısı deyə bilərik. Əslində, SUV-ların şəhərdə, şosedə və ya digər sahələrdə evdəki rahatlığa bərabər olması onları gündəlik həyat üçün hərtərəfli mükəmməl edir.

 

Təbii ki, bu sadəcə sürücü tələblərini qarşılamaqla əlaqədar deyil - SUV-ların əksərən idmansayağı görünüşdə olduğu faktı isə dəyişmir. Onlar əla görünür – müasir heyranedici dizaynı birinci sinif yenilik və rahatlıqla birləşdirən Opeldən yeni Crossland X bunun sübutudur. Bu krossover sizin və ailənizin ehtiyacları, eləcə də arzularınız üçün mükəmməl seçimdir.

Opel Crossland X, Baggage Compartment, Close-Up

Genişliyin faydaları.

SUV-lar maraqlı və ya bənzərsiz bir çox üstünlüyə sahibdir - məsələn, yüksəldilmiş oturacaq vəziyyəti yalnız əlverişli vəziyyətdə deyil, o, həm də sürücüyə yola və nəqliyyat hərəkətinə daha yaxşı nəzarət etmə imkanı verir. Bu isə öz növbəsində stresi azaldır və idarəetmə həzzini artırır.

 

Digər bir üstünlüyü isə SUV-ların yerdən yüksək olmasıdır, bu onların çətin sahələri problemsiz aşmasını təmin edir. Opel Mokka X b rahatlığın ən mükəmməl nümunəsidir. Adaptiv 4x4 Tam Çarxlı Sürüş sayəsində, sürücü hətta nəmli havalarda belə mükəmməl qavrama xüsusiyyətindən faydalanır, bu təhlükəsizliyi və yola yaxşı nəzarət hissini artırır.

Avtomobilin daxilində və xaricində yüksək təhlükəsizlik.

Təhlükəsizlik prioritetdir – maşınla səyahət üçün qoyulmuş bu empirik qayda təbii ki SUV-lara da aiddir. Bu sağlam avtomobillər, daima istifadəçilərini qorumaq üçün dizayn edilib. Kiçik və ya yerə daha yaxın avtomobillərlə müqayisədə, böyük yumuşaq zona sərnişinlərin istənməyən bir qəza vəziyyətində təhlükəsizlikdə qalmalarında həlledici rol oynayır¹.

 

Bu piyadalar üçün də yaxşı xəbərdir – piyada sensorlu avtomatik təhlükə xüsusiyyəti kimi texnoloji yeniliklər yoldakıların da təhlükəsizliyini qoruyur. Yeni Opel Grandland X-də bir çox belə yeniliklər tapmaq olar.

Bəs bu avtomobillərin çatışmazlıqları nələrdir?

Əlbətət ki, SUV idarəetmənin bəzi çatışmazlıqları da var. SUV-lar dəyərlərini yaxşı qoruduqları üçün tez-tez avtomobil oğrularının hədəfinə çevrilir². - 2013-cü ildə 15 ən çox oğurlanan modeldən 8-ini SUV seqmenti təşkil edirdi və bu tendensiya hələ də davam edir. Əlbəttə ki, oğurlanmaya qarşı sistemlər kimi artırılmış təhlükəsizlik və təqib texnologiyaları bu risklərin qarşısının alınmasına kömək edə bilər.

Opel sürücülərinin narahatçılığına əsas yoxdur – SUV avtomobiliniz oğurlandıqda, Opelin OnStar təcili oğurluğa qarşı xidməti avtomobilinizi tapır və polis onun sizə qaytarsın deyə mühərriki qeyri-aktiv edir.

¹Mənbə: http://www.n-tv.de/auto/Studie-zu-Todesrisiko-in-Autos-ueberrascht-article14429561.html
²Mənbə: http://www.gdv.de/2016/10/autodiebstahl-2015-alle-zahlen-auf-einen-blick-2/
²Mənbə: http://www.autozeitung.de/auto-geklaut-diebstahlstatistik-136469.html#

Əvvəlki
  • Opel, Grandland X, Exterior, Front View

    GRANDLAND X

    Təkrar xoş gəldin, macəra! Grandland X idmançı üsluba, müasir texnologiyaya, istənilən şərait və səthdə maksimum qavrama üçün IntelliGrip çəkim nəzarətinə sahibdir.

  • Opel, Mokka X, Exterior, Front View

    MOKKA X

    Şəhər, kənd və ya kələ-kötür yollar üçün mükəmməl SUV - dinamik Mokka X, onu çox-yönlü mükəmməl modelə çevirən yığcam dizayna və 4x4 Tam Çarxlı Sürüşə malikdir.

  • Opel, Crossland X, Exterior, Front View

    CROSSLAND X

    Sizin üçün krossover: Müasir SUV üslubunda olan, qənaətcil mühərriklər və sinfinin ən böyük yük saxlama yerinə malik Crossland X həyat tərzinizlə mükəmməl uyğunlaşır.

Sonrakı